"Paşinyan Bakının bu jestini anlamamış deyil..." - Diversantları Yerevana niyə Rüstəm Muradov apardı?

Oktyabrın 19-da Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə 5 erməni terrorçunun təhvil verilməsi gündəmi zəbt edib. Birdən-birə 5 erməni terrorçunun təhvil verilməsi və bu prosesin Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə həyata keçirilməsi bəzi suallar yaradır.

Maraqlıdır, Azərbaycan Ermənistana təhvil verdiyi diversantların qarşılığında nə əldə edəcək? Diversantların təhvil-təslim prosesində niyə sülhməramlıların keçmiş rəhbəri Rüstəm Muradov iştirak edib?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, rəsmi Bakı zaman-zaman diversantları Ermənistana təhvil verməklə İrəvandan qarşılıqlı addımların atılacağını gözləyib.
 
"Ermənistan hakimiyyəti Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim edib. Ancaq Prezident İlham Əliyevin də dəfələlərlə təkrarladığı kimi, xəritələr dəqiq deyil, əslində Azərbaycan bu xəritələr olmadan da minaların təmizlənməsini sürətləndirib. Azərbaycan bu çalışmaları dost dövlətlər və əməkdaşlıq etdiyi xarici şirkətlərlə birgə həyata keçirir. Ona görə də İrəvan təhvil aldığı diversantların əvəzinə daha tutarlı addımlar atmalıdır”.
 
Politoloqun sözlərinə görə, İrəvan Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir:
 
"Onların sayı minlərlərdir. Həmin azərbaycanlılar əsirlikdə qətlə yetiriliblərsə, bu məsələyə də aydınlıq gətirilməlidir. Ermənistanda bu mövzuda nə diskussiya var, nə də etiraf. Misal üçün, Azərbaycanda erməni diversantların gələcək taleyi müzakirə predmetidir, Ermənistanda isə Birinci Qarabağ müharibəsindən sonra əsirlikdə saxlanılan azərbaycanlılar barədə danışan yoxdur.
 
Digər tərəfdən, rəsmi Bakı İrəvandan sülh sazişi, sərhədlərin müəyyənləşməsi və dəhlizlə bağlı konkret addımlar gözləyir. Bu istiqamətdə də irəliləyiş yoxdur. Ermənilərin bir qismi sadəcə Azərbaycan sərhədçilərinin Ermənistanla sərhəddə strateji yüksəklikləri nəzarətə götürdüyünü bildiriblər. Ancaq bu İrəvanın güzəşti deyil. Azərbaycan özünə aid olana yiyələnir.
 
Erməni diversantların hissə-hissə Ermənistana təhvil verilməsi Baş nazir Nikol Paşinyanın müxalifətlə mübarizədə mövqelərini gücləndirir. Paşinyan Bakının bu jestini anlamamış deyil. Bundan başqa, İkinci Qarabağ müharibəsindən sonra Bakıda açılan Hərbi Qənimətlər Parkı erməniləri çox narazı salmışdı, oradakı dəbilqələr və erməni hərbçilərin maketləri İrəvanda müzakirə predmeti idi. Ermənistan rəsmiləri və diplomatları bu məsələni daima beynəlxalq təşkilatlar qarşısında qaldırırdılar. Həmin dəbilqələrin və maketlərin yığışdırıldığına dair xəbərlər yayılıb. Bunun özü də güzəştdir. Ancaq güzəştlərin limiti olmalıdır. Qarşı tərəf hərəkət etməsə, bundan sonra güzəştə getməyin mənası qalmayacaq”.

Politoloq "Rüstəm Muradovun niyə hələ də Azərbaycanla Ermənistan arasında vasitəçidir?” sualına aydınlıq gətirib:

"Əslində Azərbaycan Rüstəm Muradovun fəaliyyətindən narazı idi. Məhz Rüstəm Muradovun dövründə Qarabağda rusiyalı sülhməramlıların iştirakı ilə təxribatların sayı artmışdı. Buna baxmayaraq, Bakı və İrəvan ilk dəfə məhz Rüstəm Muradovun vasitəçiliyi ilə diversantların təhvil-təslim prosesinə başlamışdılar. Bu proses davam etdiyindən Rüstəm Muradova ehtiyac yaranıb.
 
Rusiya Azərbaycanla Ermənistan arasında əsas vasitəçi funksiyasını heç kimlə bölüşmək istəmir. Rusiyanın üstünlüyü odur ki, həm Azərbaycan, həm də Ermənistan hakimiyyətləri ilə sıx təmasları var. Halbuki rəsmi Bakı son zamanlar Gürcüstanın və Avropa İttifaqının vasətiçilik təşəbbüslərinə də dəstək verir. Ancaq bu məsələdə rəsmi İrəvan sərbəst qərar vermək imkanına malik deyil, Kremlə boylanmaq məcburiyyətindədir”.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fazil Mustafa: “DTX-da sistem tamamilə dəyişildi”

"Əli Nağıyev DTX rəisi təyin olunduqdan sonra bu qurum funksiyasını tamam dəyişdi. Ondan sonra iş adamlarını, insanları şantaj edən, soyan sistem tamamilə dəyiş...

İlham Əliyev Ordu ilə bağlı TAPŞIRIQ VERDİ

"Ordu quruculuğunun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan ən vacib məsələrdən biridir”. Sfera.az xəbər verir ki, bunu Baş ...

“Tahir Mirkişili bunu əsaslandırsın” – Sabir Rüstəmxanlı qanun layihəsinə etiraz etdi

"Cərimə və rüsumların 2 dəfə artırılması ilə bağlı əhali narazılıq edir. Mən ötən iclasda da qanun layihəsinə etirazımı bildirmişdim".   Sfera.az x...

Ermənistanın yeni PLANI: “Bu, növbəti qarşıdurmalar üçün ideoloji baza yaratmaq cəhdidir”

"Ermənistan hökuməti 27 sentyabrı "Azərbaycanın arsax xalqına qarşı təcavüzü qurbanlarının anım günü" kimi qeyd etməyə hazırlaşır”.   Sfera.az bildirir k...

Ceyhun Bayramovla Mirzoyan görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Konfransı çərçivəsində İsveçdə bu gün görüşəcək. Sfera.az xəbər verir ki, Ceyhun Bayramo...

Qarabağ iqtisadi rayonuna Prezidentin xüsusi nümayəndəsi TƏYİN EDİLDİ

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin e...