Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi
13:45 / 22.07.2021
1181
Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.
Sfera.az aysor.am-a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.
"Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyə Paşinyan vurğulayıb.