Paşinyan arvadının kölgəsinə sığınmağa cəhd edir - Yeni məkrli addım

Paşinyan arvadının kölgəsinə sığınmağa cəhd edir - Yeni məkrli addım
Mətbuatın yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyi əcnəbi ölkələrdəki səfirliklərinə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın dünya dövlətlərinin birinci ledilərilə əlaqə yaratması barədə tapşırıq verib. 

Görəsən, ermənilərin bu addımının arxasında hansı məkirli niyyətlər dayanır?

Sfera.az-a danışan politoloq Araz Aslanlı bildirdi ki, bu addımla Paşinyan ona ən sadiq şəxs olan həyat yoldaşını prosesdə mərkəzi mövqeyə gətirmək istəyir:  

"Ermənistan Azərbaycanla müharibədə gözləmədiyi və arzulamadığı nəticə ilə qarşılaşmalı oldu. Ermənistana dəstək verən dövlətlərlə əlaqələrdə  xaricdəki erməni lobbisi mühüm rol oynayırdı. Amma indiki halda onlar lobbidən gözlədiklərini tam ala bilmədilər. Ermənistanı dəstəkləyəcəyini güman etdikləri dövlətlərdən də tam olaraq dəstək görmədilər. Ona görə də İrəvan diplomatik mübarizədə kanalları artırmaq niyyətinə düşüb”.

Politoloqun fikrincə, indiki vəziyyətdə Anna Akopyanın prosesdə fəal olması mövzusu aktuallaşıb: 

"Ermənistan Xarici İşlər Nazirliyində Paşinyanın mövqeyilə razılaşmayan həm qərbpərəst, həm də digər bəlli dövlətə yaxın kadrlar var. Ona görə hazırda Ermənistan üçün XİN üzərindən birbaşa diplomatlar vasitəsilə fəaliyyəti aktivləşdirməyin özü də problemlidir. Bu hal onu göstərir ki, Paşinyan hakimiyyəti həm diplomatik korpusu yetərsiz hesab edir, həm də daxildə fikir ayrılıqları mövcuddur.  Həmin səbəbdən Paşinyana ən sadiq şəxs kimi həyat yoldaşını prosesdə mərkəzi mövqeyə gətirmək istəyirlər”.

Həmsöhbətimiz düşünür ki, Anna Akopyanı irəli çıxarmaqda Ermənistan əsasən iki məqsəd güdür: 

"Əsas məqsədləri qondarma rejimin dünya ölkələrində tanıdılmasına nail olmaqdır.  İkinci  məqsəd isə onun fəaliyyətindən istifadə etməklə dünyada Azərbaycana qarşı təzyiqləri artırmağa hesablanıb”.

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR