Paşinyan arvadını generalların yanına niyə göndərdiyini AÇIQLADI

Paşinyan arvadını generalların yanına niyə göndərdiyini AÇIQLADI

Ermənistan baş naziri Nikol Paşinyan özü həyat yoldaşı Anna Akopyana "Qarabağ müdafiə ordusu” qərargahının iclasının keçirildiyi bunkeri ziyarət etməyi tapşırıb.

Bu barədə Paşinyan Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyanın açıqlamalarına münasibət bildirərkən deyib.

"Həyat yoldaşım mənim göstərişimlə Xankəndində generalları ziyarət etdi. Ermənistanın baş nazirinin ailə üzvünün səfərini hərbçilər dəstəkləməli və ruh yüksəkliyi yaratmalı idi. Həyat yoldaşım Xankəndindəki sığınacaqlarda qida və su paylanması ilə şəxsən məşğul olurdu.

Kim söylədi ki, baş nazir ailəsinin üzvü mülki əhalinin 70% -nin tərk etdiyi şəhərdə olmalıdır? Məgər bombardman altında olan Xankəndi Baden-Baden kurortuna bənzəyirdi?”.

Paşinyan təmas xəttinin cənub istiqamətindəki hərbi əməliyyatların uğursuzluğunda Akopyanın günahkar olduğunu bildirib: "Cəbhənin cənub istiqamətində iflasa uğrayan general, bir neçə il əvvəl müdafiə nazirliyinin büdcəsindən 42 milyon pul mənimsənilməsi səbəbiylə başladılan cinayət işində ittiham olunduğunu unudaraq mətbuat konfransı keçirir”.

Bundan əvvəl Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi general-polkovnik Movses Akopyan komanda məntəqəsinə Anna Akopyanın gəlməsindən danışmışdı: "Monitorda oturub döyüşün qeydinə baxırdı. General-leytenant Samvel Babayan da orada idi. Ancaq sual vermədi və heç nə demədi. General ona yaxınlaşdı və dedi ki, burada olmamalısan. Akopyana görə, bu hadisədən sonra Paşinyanın adından onun Qarabağ "müdafiə ordusunun” komanda məntəqəsinə gəlməsi qadağan edilib".

Xatırladaq ki, məlum açıqlamalarından sonra M.Akopyana cinayət işi açılıb. (virtualaz.org)


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...