“Paşazadə ilə Ayətullah Amili arasında dərin anlaşma var, bəlkə də...” – Zərdüşt Əlizadə

“Paşazadə ilə Ayətullah Amili arasında dərin anlaşma var, bəlkə də...” – Zərdüşt Əlizadə
"Ərdəbil Şərqi Azərbaycan ostanının paytaxtıdır. Əgər Allahşükür Paşazadə bir ölkənin inzaibati ərazi vahidinin rəsmi adını deyirsə, İran niyə qıcıqlanmalıdır?"

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq hər iki ölkənin din xadimi arasında xoş münasibətlərin olduğuna diqqət çəkib:

"Allahşükür Paşazadə Ərdəbilə Gürcütanındır deməyib ki, Azərbaycanındır deyib. Burada qıcıq doğuracaq nəsə yoxdur. Ayətullah Seyid Həsən Amili ilə Allahşükür Paşazdə arasında xoş münasibətlər var, bəlkə də yüz dəfə görüşüblər. Hər ikisi şiə din xadimidir və aralarında dərin anlaşma var. Onlar sadəcə, hərəsi öz oyununu oynadı.
 
İndi qara camaat atılıb-düşür, deyir ki, arada ədavət var. Amma ortada heç bir ədavət yoxdur. Azərbaycanla İran arasında dərin anlaşma var. 30 il ərzində Azərbaycan da, İran da anlayıb ki, qarşı tərəf necə dövlətdir. İki qonşu dövlət buna uyğun münasibətlərini tənzimləyiblər. Heç bir bəyanat, heç bir qalmaqal və təlim bu əlaqələrin mətinliyinə, möhkəmliyinə təsir edə bilməz".
 
Xatırladaq ki, bir neçə gün öncə İran dili lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana "şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Ötən gün isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə buna cavab verəkən Ərdəbilin qədim Azərbaycan şəhəri olmasına diqqət çəkib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...