Paşayeva şəhid polkovnikin ailəsi ilə görüşdü

Paşayeva şəhid polkovnikin ailəsi ilə görüşdü
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid polkovnik-leytenant Zaur Cəfərovun xanımı Gülbəniz Ələsgər qızı Cəfərova və şəhidin qardaşı Niyaməddin Hüseyn oğlu Cəfərovla görüşüb.

Sfera.az xəbər verir ki, millət vəkili onları tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb.

"2016-cı il Aprel döyüşləri, 2020-ci il İyul (Tovuz) döyüşlərində iştirak edən, Azərbaycan Vətən müharibəsində də igidliklər göstərən Zaur Cəfərovun ruhu bu gün şaddır.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik”, - millət vəkili deyib.

Q.Paşayeva şəhid zabitin ailə üzvlərinə Mədəniyyət Komitəsi adından məktub təqdim edib.

OXŞAR XƏBƏRLƏR