Paşayeva İlham Zəkiyevi təbrik etdi - FOTO
22:26 / 04.03.2021
1339
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qazilər - ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə baş məşqçisi İlham Məhərrəmovla görüşüb.
Sfera.az xəbər verir ki, Q.Paşayeva hər iki paralimpiyaçını cənab Prezidentin bugünlərdə imzaladığı sərəncamla təltif olunmaları münasibəti ilə təbrik edib. Onların fiziki qüsurlu gənclərdə həyat eşqinin oyanması və güclənməsindəki aparcı rolunu xatırladan millət vəkili hər iki idmançıya yeni uğurlar arzulayıb.
Paralimpiyaçıların əslində, mübarizə mədəniyyətini nümayiş etdirdiyini xatırladan Komitə sədri hər iki tanınmış idman xadiminin ictimaiyyət tərəfindən vətəncanlı insanlar, gənclərin yaxın dostu sayılan ziyalılar olaraq tanındığını minnətdarlıqla vurğulayıb.
Q.Paşayeva paralimpiyaçılara üzərində "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı və Qarabağ motivli digər xatirə hədiyyələri təqdim edib.
İ.Zəkiyev və İ.Məhərrəmov səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə millət vəkili Ceyhun Məmmədov və RHİM İB sədri Arzu Bağırova iştirak edib.