PAŞA Sığorta şirkətinin saytı beynəlxalq “Red Dot Award” mükafatına layiq görülüb

PAŞA Sığorta şirkətinin saytı beynəlxalq “Red Dot Award” mükafatına layiq görülüb
 

PAŞA Sığorta şirkətinin korporativ saytı Azərbaycanda ilk dəfə olaraq nüfuzlu beynəlxalq "Red Dot Award” mükafatını qazanıb.

"Red Dot Award” dizayn və kommunikasiya sahəsində nailiyyətlərə görə təqdim edilən dünyanın ən tanınmış mükafatlarından biridir. Bu il mükafatın münsiflər heyətinin dəyərləndirilməsinə 8600-dan çox layihə təqdim edilib. Ceyhun İmanov Studio” (JIS) qlobal innovasiya agentliyi tərəfindən hazırlanan, müasir dizayn, rahat istifadəçi interfeysi və funksionallığı ilə seçilən PAŞA Sığorta şirkətinin korporativ saytı müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək "Brend və Kommunikasiya Dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb. Təntənəli təltifetmə mərasimi müxtəlif ölkələrdən olan 1400-dək qonağın iştirakı ilə 1 noyabr tarixində Almaniyanın paytaxtı Berlində baş tutub və tədbir zamanı qaliblər sırasında PAŞA Sığorta şirkətinin saytı təqdim edilib.

Daim yenilənən, müasir tələblərə cavab verən və innovativlik baxımından fərqlənən sayt həm fərdi, həm də korporativ müştərilər üçün geniş funksionallıq təklif edir. Müştərilərin rahatlığına önəm verən PAŞA Sığorta şirkəti sayt vasitəsilə həkimə qeydiyyat, sığorta məhsullarının onlayn satışı, avtomobilin təmir prosesinin izlənməsi kimi bir sıra imkanlar təqdim edir. www.pasha-insurance.az ünvanına daxil olaraq saytla daha yaxından tanış ola və sığorta xidmətlərindən faydalana bilərsiniz.

Qeyd edək ki, "Red Dot Award” 1955-ci ildə "Design Zentrum NRW” (Avropa Dizayn Mərkəzi) tərəfindən zamanın ən yaxşı dizayn obrazlarının seçilməsi üçün təsis edilib. Dizayn sahəsindəki müxtəlifliyi peşəkar şəkildə qiymətləndirmək üçün 1990-cı illərdən etibarən "Red Dot” 3 istiqamətdə - "Məhsul Dizaynı”, "Brend və Kommunikasiya Dizaynı” və "Dizayn Konsepsiyası” üzrə ən yaxşı layihələrin seçimini həyata keçirir. 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...