\"PAŞA Bank\" müştərilərinə xəbərdarlıq etdi: \"Zəng edənlərə məxfi məlumatlarınızı təqdim etməyin!\"

\
"PAŞA Bank" zəng edərək müştərilərin məxfi məlumatlarını əldə edənlərlə bağlı xəbərdarlıq xarakterli məlumat yayıb. 
 
Sfera.az bildirir ki, məlumatda deyilir:
 
Hörmətli Müştəri,
 "PAŞA Bank"ın adından sui-istifadə edən naməlum şəxslər müştərilərimizə zəng edərək məxfi məlumatları əldə etməyə cəhd göstərir. Sizinlə müxtəlif vasitələrlə əlaqə saxlayan şəxslərə aşağıda qeyd olunan məlumatların təqdim edilməsi TƏHLÜKƏLİDİR:
- Kartın üzərindəki 16 rəqəm,
- PİN kod,
- CVV (kartın arxasında 3 rəqəmli şifrə)
- OTP (SMS vasitəsilə göndərilən birdəfəlik təhlükəsizlik kodu)
- "PAŞA Bank" mobil tətbiqinin istifadəçi şifrəsi
- İnternet bankçılıq hesabının istifadəçi şifrəsi
 
Bu hallarla rastlaşdığınız zaman Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 496 50 04 (korporativ müştərilər üçün), *9123 / (+99412) 496 50 00 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edərək yaşanmış hadisə barədə məlumat verin.
 
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir. Müştəri məmnunluğunun artırılması məqsədi ilə bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz".

OXŞAR XƏBƏRLƏR