Parlamentlərarası əlaqələr üzrə işçi qrupların rəhbərləri dəyişdirilir

Parlamentlərarası əlaqələr üzrə işçi qrupların rəhbərləri dəyişdirilir
 Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, iclasın gündəliyindəki məsələlərin sayı 27-dən 28-ə qaldırılıb.

Belə ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" məsələ əlavə edilib.

OXŞAR XƏBƏRLƏR