Parlamentin buraxılmasının əleyhinə səs verən deputatın kimliyi məlum oldu

Parlamentin buraxılmasının əleyhinə səs verən deputatın kimliyi məlum oldu
 

Xəbər verdiyimiz kimi, parlamentin dünən keçirilən xüsusi iclasında "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar müzakirə olunub.

Müzakirələr nəticəsində qərar layihəsinə 99 nəfər lehinə səs verib. Bir nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səsvermədə iştirak etməyib.

Bu gün isə sosial şəbəkələrdə qərarın əleyhinə səs verən şəxsin Milli Məclisin Regional məsələlər komitəsinin sədri deputat Arif Rəhimzadənin olduğu ilə bağlı məlumat yayılıb.

Buna səbəb kimi isə, ötən gün iclasda Arif Rəhimzadənin qərar layihəsindəki bəzi cümlələrə etiraz etməsi göstərilir. Belə ki, o, çıxışında qeyd edib ki, layihədə parlamentin buraxılması sözü işlədilməsin. Əvəzində isə, növbədənkənar seçkilərə gedilmə sözü yer alsın.

"Qafqazinfo” məsələ ilə bağlı komitə sədri Arif Rəhimzadədən münasibət öyrənib.

O qeyd edib ki, qərar layihəsinin əleyhinə səs verməyib: "Səsverməyə çata bilmədim. Mənim sualım var idi, onu verirdim. Spikerlə danışdığıma görə, səsverməyə çata bilmədim. Bir də gördüm ki, səsvermə sona çatdı”.

"Qafqazinfo” layihəyə bitərəf qalan deputatın kimliyini də öyrənib. Həmin şəxs deputat Rasim Musabəyov olub.

R. Musabəyov saytımıza açıqlamasında məsələni təsdiqləyib:

"Parlamentdə Yeni Azərbaycan Partiyasının çoxluğu var. Onların təşəbbüsünün həyata keçirilməsi üçün heç də bitərəflərə və ya dəstəyə ehtiyacları yoxdur. Odur ki, iclasın sonuna kimi, hakim partiyadan növbədənkənar seçkilərin zərurəti ilə bağlı izahatlar eşitmədim. Ona görə də bitərəf qaldım”.

Qeyd edək ki, kimin qərar layihəsinin əleyhinə səsverməsi isə hələ ki, məlum deyil.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...