Parlament üzvlərinin sayı 200 və ancaq proporsional yolla? – KİM RAZIDIR?

Parlament üzvlərinin sayı 200 və ancaq proporsional yolla? – KİM RAZIDIR?

"Milli Məclis üzvlərinin sayının artırılıb-artırılmaması və seçkilərin hansı sistemdə keçirilməsinin bizim üçün heç bir fərqi yoxdur ”.

 

Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclis üzvlərinin sayının 200-ə çatdırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə fikirlərin səslənməsinə münasibət bildirərkən deputat, ASDP sədri Araz Əlizadə deyib.

 

AXP sədri Pənah Hüseyn isə parlamentin qarışıq sistemlə seçilməsinin daha düzgün olduğu qənaətindədir:"Bu istiqamətdə köklü islahatlar və diyişikliyə doğru bir qrup siyasi partiyanın müzakirə etdiyi sənəd mövcud idi. Həmin sənəddə Milli Məclis üzvlərinin sayının artırılması məsələsi bir sıra partiyalar tərəfindən gündəmə gətirilib. 1995-ci ilə nisbətən indi Azərbaycan əhalisinin sayı 40 faiz artıb. Ona görə də, Milli Məclisdəki 125 üzvün bəziləri 150, digərləri də 200-ə qaldırılmasını təklif edirlər. Həmçinin, bütün parlament üzvlərinin proporsional sistemlə, habelə yarıbayarı olmaqla qarışıq, majoritar sistemlə seçilməsi idayası da gündəmdədir.Fikrimcə, parlament üzvlərinin seçilməsində qarışıq sistemin olması daha məqbuldur. Bu halın baş verməsi siyasi partiyaların inkişafına, həm də demokratikləşmə prosesinə müsbət təsir edəcək”.


Milli Məclisin deputatı Fazil Mustafa da sözügedən istiqamətdə səslənən fikirlərlə ümumən razıdır: "Fikrimcə, seçkilər yarı proporsional, yarı majoritar sistemlə keçirilməlidir. Bu olsa daha yaxşı olar.Ancaq bu kimi dəyişikliklərin olması barədə hər hansı bir fikir eşitməmişəm. Tam proporsional olsa da qoy olsun, fərqi yoxdur. Bu partiya demokratiyasını inkişaf etdirəcək”.


Hakim YAP-dan olan deputat Elman Nəsirov məsələ ilə bağlı hər hansı bir müzakirədə iştirak etmədiyini əsas gətirməklə, mövzuyla bağlı nəsə deyə bilməyəcəyini bildirdi: "Bu fikirlər İlqar Məmmədovun öz düşüncələridir ki, paylaşır. Bununla bağlıhər hansı bir müzakirələrdə iştirak etməmişəm. Ümumiyyətlə, bu barədə ilk dəfə sizdən eşidirəm. Ona görə də suala cavab olaraq əlavə bir şey deyə bilmərəm”.

 

Qeyd edək ki, Real sədri İlqar Məmmədov özünün facebook səhifəsində hakimiyyətin parlament üzvlərinin sayının artırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə müzakirələr keçirdiyini iddia edib.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...