Parlament seçkilərinə 2226 namizəd müraciət edib
16:00 / 04.01.2020
1975
"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib".
Sfera.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiqlənib, 1903 nəfəri isə imza vərəqələrini götürüb. 580 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 285 nəfər qeydə alınıb".