Parklanma ilə bağlı güzəştlər sanki insanlarda arxayınlıq yaradıb - RƏY

Parklanma ilə bağlı güzəştlər sanki insanlarda arxayınlıq yaradıb - RƏY
 
Karantin rejiminin yumuşaldılması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması parklanma qaydalarının pozulmasına görə cərimələrin tətbiqini yenidən gündəmə gətirdi. Belə ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən martın 21-dən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı müvəqqəti olaraq dayandırılan inzibati tənbeh tədbirləri mayın 1-dən etibarən problemlər müşahidə olunan ərazilərdə yenidən tətbiq olunmağa başladı.

Bəs dayanma-durma və parklanma qaydalarının pozulması nəqliyyatın hərəkətində hansı problemləri yaradır və cərimələrin bərpası məqsədəuyğundurmu?

Məsələ ilə bağlı Ann.az saytına açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli bildirdi ki, düzgün olmayan parklanma prospektlərdə nəqliyyatın ötürülməsi imkanlarını zəiflədir:

"Prospektin ötürücülük imkanlarının zəifləməsi isə tıxacların, bəzən də qəzaların yaranmasına yol açır. İstənilən halda parklanma elə şəkildə aparılmalıdır ki, dayanma-durma zamanı nəqliyyat vasitəsi digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmasın. Dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası məhz prospektlərin yol ötürücülük qabiliyyətini daha səmərəli şəkildə təşkil etmək və tıxacların qarşısını almaq məqsədi daşıyır".

Ekspertin sözlərinə görə, karantin rejimi ərəfəsində paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti azalmışdı:

"Daha sərt məhdudiyyətlərin tətbiq olunduğu karantin dövründə hətta qadağan olunmuş yerlərdə parklanma hərəkətin intensivliyinə təsir etmirdi. Bununla bağlı olaraq BNA da martın 21-dən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrasını müvəqqəti olaraq dayandırmışdı. Lain karantin rejiminin yumuşaldılması ilə yenidən nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artması düzgün olmayan parklanma üzrə cərimələrin tətbiq edilməsini gündəmə gətirdi".

İ. Hüseynli karantin dövründə parklanma ilə bağlı güzəştlərin insanlarda müəyyən qədər arxayınlıq yaratdığına diqqət çəkib:

"Cərimələrin ləğvindən əvvəl sürücülər dayanma-durma və parklanma ilə bağlı qadağalara adaptasiya olmağa başlamışdı ki, bu da düzgün olmayan parklanmanın qarşısını alırdı. Lakin karantin dövründə parklanma ilə bağlı güzəştlər sanki insanlarda arxayınlıq yaradıb. Buna görə də, inzibati tənbeh tədbirləri ilə bağlı agentlik vəyəndaşlara çağırışlarını genişləndirməli və sürücülərimiz cərimələrin tətbiqi ilə bağlı məlumatlı olmalıdırlar".

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...