Parkda əxlaqsız görüntüləri yayılan cütlüklə bağlı DİN-dən AÇIQLAMA
10:26 / 15.07.2021
2091
Ötən gün Bakıda parkda qadınla kişinin əxlaqsız görüntüləri yayılıb.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, həmin şəxslər sərxoş vəziyyətdə olublar:
"Onların hər ikisinin şəxsiyyəti müəyyən olundu. Tufeyli həyat tərzi keçirən insanlardır. Həmin şəxslər sözügedən park ərazisində polis tərəfindən saxlanılıb və onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb".