No Image
No Image

Parisdə talanlar başlayıb - VİDEO

Parisdə talanlar başlayıb - VİDEO
Noyabrın 24-də Fransa parlamentində "Qlobal təhlükəsizlik haqqında" qanunun 24-cü maddəsinə edilən müvafiq dəyişiklikdən sonra ötən həftənin şənbə günündən etibarən Parisdə Jurnalist həmkarlar ittifaqları və müxalif qüvvələrin etiraz nümayişləri davam edir. 

Sfera.az xəbər verir ki, bu gün paytaxtın Qambet prospektində keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında yenidən qarşıdurma baş verib. 

"Hər kəs polisə nifrət edir" şüarı ilə etirazçılar avtomobilləri yandırıb, ofis və ticarət mərkəzlərinin şüşələrini qırıb, polisin üzərinə qablara doldurulmuş boya atıblar. 

İğtişaşlar səngiyəndən bir müddət sonra – günorta saatlarından etibarən etirazlar daha aqressiv xarakter alıb. Nümayişçilər bu dəfə hüquq-mühafizə orqanları əməkdaşlarına daş və butulkalar atıblar. Sonra şəhərdə talanlar başlayıb. 

Polis nümayişilərə gözyaşardıcı qazlardan və su şirnaqlarından istifadə edib. 

Etiraz aksiyaları Fransanın digər şəhərlərində də davam edir.

Qeyd edək ki, bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi etiraz aksiyası zamanı təkcə Parisdə 22 nəfərin həbs olunduğunu bildirmişdi. 

Xatırladaq ki, etirazlara səbəb olan qanunun 24-cü maddəsinə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. Qanuna edilən dəyişiklik müxalifət tərəfindən söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. 

Qanunu pozan şəxsi üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub.

Sənədin gələn ilin yanvar ayında Fransa parlamentinin yuxarı palatası olan Senata göndəriləcəyi bildirilib. (Apa)
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İstanbulda rus turistlərə hücum edildi: yaralılar var

İstanbulda silahlı şəxs ruslara hücum edib. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Beşiktaş rayonunda Həs...

“Tramp, Moskvaya qayıt” – Təyyarələrdən banner asıldı

ABŞ-ın sabiq prezidenti Donald Trampın Floridadakı iqamətgahının yaxınlığında təhqir məzmunlu banner daşıyan təyyarələr uçub. Sfera.az xəbər verir ki, Flo...

“BakuBus” bu holdinqin idarəetməsinə verildi - FƏRMAN

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Sfera.az xəbər...

Erməni politoloq: Orduda kim nə istəyirdisə, onu da edirdi

Biz hələ uzun müddət müharibədəki məğlubiyyətin səbəblərini təhlil edəcəyik. Sfera.az xəbər verir ki, bunu erməni politoloq Qrant Məlik Şahnazaryan deyib....

Koronavirus keçirən kişi vaksinasiyadan bir neçə saat sonra öldü

Dekabr ayında koronavirus keçirən Kaliforniya sakini COVID-19 vaksinasiyasından bir neçə saat sonra vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Pleyser...

ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Moskvadakı səfiri Con Sallivan ilə diplomatik nümayəndəliyin sosial şəbəkələrindəki qanunsuz etirazl...