Parisdə iğtişaşlar zamanı 37 polis yaralandı, binalar yandırıldı

Parisdə iğtişaşlar zamanı 37 polis yaralandı, binalar yandırıldı
Parisin mərkəzində etiraz aksiyalarının gedişatında 40-a yaxın asayiş keşikçisi zərər çəkib.

Sfera.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.

"37 polis və jandarmlar zərər çəkib. Mən yenidən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığı pisləyirəm", - deyə o tvitterdə yazıb.

"France 24”ün məlumatına görə, Parisin küçələrinə "Qlobal təhlükəsizlik haqqında" qanundan narazı olan 46 mindən çox insan çıxıb. Aksiya iştirakçıları polis zorakılığına qarşı çıxırlar və KİV-in azadlığını, həmçinin Darmanenin istefasını tələb edirlər. Etirazçılar həmçinin Bordo, Lill, Strasburq, Monpele, Nant və başqa şəhərlərin küçələrinə çıxıblar. Yerli KİV aksiyalara ümumilikdə 130 min insanın qatıldığını bildirib.

Parisdə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Şəhərin mərkəzindəki qarışıqlıqların gedişatında bir neçə maşın və bina yanıb. Yandırılan binalar arasında Fransa Bankının binası da var.

Etirazçılar polislərə daş atır, həmçinin tonqallar qalayır və barrikadalar qururlar.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....