Paralel qurumlar idarəetməyə ağırlıq gətirir – \"Bu nazirliklər ya ləğv olunmalı, ya da...\"

Paralel qurumlar idarəetməyə ağırlıq gətirir – \
Ötən günlərdə ölkədən 1,1 milyard manat ekvivalentində nağd  valyutanın  çıxarılması məsuliyyətini iki qurumun bölüşə bilmədiyinin şahidi olduq. Dövlət Gömrük Komitəsi (DGK) Mərkəzi Bankı, Mərkəzi Bank isə DGK-nı günahlandırırdı.

Təəssüf ki, bu proses başqa qurumlarda da özünü göstərir. Belə ki, vətəndaşlar hər hansı problemin həlli üçün dövlət qurumuna müraciət edəndə "bu, bizlik deyil, başqa quruma müraciət edin” bəhanəsilə onları digər qurumlara yönləndirirlər.
 
Məsələn, soyuq havalarda istilik problemi ilə bağlı həmişə "Azəriqaz” və "Azəristilik enerji”,  magistral su kəmərləri ilə bağlı "Azəravtoyol” və "Azərsu” anlaşa bilmir, bələdiyyələr və  "JEK”lər, Səhiyyə nazirliyi və TƏBİB  kimi qurumlar zaman-zaman məsuliyyət bölgüsündə problem yaşayırlar. Nəticədə əziyyəti vətəndaş çəkməli olur.

Politoloq Cümşüd Nuriyev bununla bağlı Sfera.az-a açıqlamasında deyib ki, dövlət qurumlarının bu cür formalaşdırılması Nazirlər Kabinetinin günahıdır:

"Bütün hallarda hər hansı fərman, sərəncam hazırlanıbsa, Prezident Aparatına təqdim edilsə belə, Nazirlər Kabineti rəy verməlidir. Amma bizdə psixoloji baryer var – kimin hansı iqtisadi maraqlarının olmasından asılı olmayaraq bu, qəbul edilir. Heç bir ölkədə bu qədər paralel qurumlar yoxdur. Məsələn, Səhiyyə nazirliyi, Təbib, İcbari Tibbi Sığorta - artıq üç hakimiyyətlilik yaranıb. Yaxud, qaçaqmalçılıq məsələsi ilə həm Gömrük Komitəsi, həm də Daxili İşlər nazirliyi məşğul olur. Çoxpilləli idarəçilik doğru deyil.
 
Birincisi, bu qədər quruma ehtiyac yoxdur. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı da vəziyyət eynidir. Dövlətin aqrar siyasətini bir qurum yerinə yetirər, 3-4 qurum yox. Yaxud, təhsil, mədəniyyət bir yerdə olmalıdır. Peşə təhsilinə başqa qurum baxır, orta məktəblərə, ali məktəblərə başqası. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ləğv olunmalıdır. Kimə lazımdır bu qədər qurum? Əgər pensiya veriləcəksə, Dövlət Sosial Müdafiə Fondu var. Nazirlik həm əlillərin reabilitasiyası ilə məşğuldur, həm əllilik dərəcəsi müəyyən edir, həm də ev tikirlər. Vallah biabırçılıqdır. Axı dövlətin tikinti komitəsi var”.

Müsahibimiz qeyd edib ki, oxşar səlahiyyətli qurumların mövcudluğu rüşvətin, korrupsiyanın "çiçəklənməsi”nə gətirib çıxarır:

"Düşünürəm ki, ləğv olunmalı qurumlardan biri TƏBİB-dir. Bu qurum Azərbaycana bəla gətirdi.  Ölkədə dərman həddindən artıq bahalaşıb, bu da TƏBİB gələndən bəri davam edir. Bu azmış kimi İcbari Tibbi Sığorta fəaliyyət göstərir. Biz hara gedirik və ya kimi aldadırıq? Bu cür sistem ləğv edilməlidir. Qeyd etdiyim kimi dünyada heç bu qədər nazirlik yoxdur. Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət Nazirliyi birləşdirilməlidir. Yaxud, ayrıca Turizm Agentliyi var. Bilirsiniz, Azərbaycanda nə qədər agentlik mövcuddur? Bunların hamısı ayrılıqda bir nazirliyin statusundadır. Lazımsız dövlət qurumlarının fəaliyyəti də yarıtmazdır. Azərbaycanda heç kim sahibkarlıqla məşğul olmaq istəmir. Çünki paralel qurumlar vətəndaşlardan rüşvət tələb edirlər. Qanunsuzluq baş alıb gedir, buna kimsə son qoymalıdır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...