No Image
No Image

“Panikaya düşməyə heç bir əsas yoxdur” – Deputat hamını vaksinasiyaya çağırdı

“Panikaya düşməyə heç bir əsas yoxdur” – Deputat hamını vaksinasiyaya çağırdı
"Koronavirus peyvəndinə qarşı qorxu təkcə Azərbaycanda yox, bütün dünyada var. Lakin buna əsas yoxdur”.

Bunu Sfera.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı bildirib. Milli Məclisin Səhiyyə komitəsinin üzvü vaksinasiyaya qarşı panikanın yaranmasının səbəbləri barədə danışıb:


"Bütün dünyada koronavirus əleyhinə peyvəndləmə üçün mitinqlərin keçirildiyinin şahidi oluruq. Yəni, vaksinasiyaya qarşı narazılıq təkcə Azərbaycanda deyil, bütün dünyada var. Hətta Çində bir qrup insanı peyvəndləmə üçün döyə-döyə xəstəxanaya apardılar. Bütün dünyada bu qorxunun formalaşmasına səbəb koronavirusun yarandığı ilk günlərdən xəstəliyə qarşı ciddi təxribat xarakterli məlumatların paylaşılması və bu kimi digər faktorlar oldu. Koronavirusun qısa müddətdə tez yayılması da insanları panikaya salıb. Bu da indi vaksinlərə qarşı inamsızlıq yaradır”.

Deputat 90-cı illərin əvvəllərindən xatırlatma edərək məhz bir çox xəstəliklərin qarşısının peyvəndləmə vasitəsilə alındığını qeyd edib:

"Mən vaxtı ilə uşaq həkimi olanda qızılca, uşaq iflicinə qarşı peyvənd vurmuşam. Bu və digər xəstəliklərin sürətli yayılmasının qarşısı məhz peyvəndləmə ilə alındı. 90-cı illərin əvvəllərində gündə yüzlərlə insan malyariya xəstəliyindən ölürdü. Onda vəziyyət çox ağır idi. İnsanlar xəstəlikdən qurtarmaq üçün könüllü şəkildə və kütləvi halda peyvənd olunmaq üçün müraciət edirdi. Vaksinasiyadan sonra  malyariya və o dövr yayılan bir çox xəstəliklərin qarşısı alındı”.

M.İbrahimqızı Çindən gətirilən peyvəndlərin Avropanın bəzi ölkələrinin təqdim etdiyi peyvəndlərdən daha etibarlı olduğuna diqqət çəkib:

"Çinin təqdim etdiyi vaksin koronavirusun zəiflədilmiş halıdır. Onun insan bədəninə tətbiq edilməsi orqanizmdə anticisimlər yaradır. Avropada təqdim edilən vaksinlərdənsə Çinin təqdim etdiyi vaksin daha keyfiyyətlidir. Düzdür, indi insanlar Çinin adı gələndə qorxur, məhsulun keyfiyyətsiz olduğunu düşünür. Amma unutmaq olmaz ki, bütün brendlər, keyfiyyətli məhsullar məhz Çinə məxsusdur. Bu baxımdan Çindən gətirilən peyvəndə güvənmək olar. Mən özüm də könüllü şəkildə müraciət edib, peyvənd olunacam. İnsanları panikaya düşməməyə və peyvənd olunmağa çağırıram”.

Sfera.az
Əzizə Zeynal

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu xəstəlik sürətlə yayılır - Xəbərdarlıq edildi

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi xəstəliyinin yayılma are...

Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb,  106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbə...

TƏBİB-dən vaksinin effektivliyi ilə bağlı açıqlama: MİNİMUM 1 İL

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı açıqlama verib. ...

Pandemiyadan qurtulmağımızın yeganə yolu budur - Həkim

Ölkəmizdə yanvarın 18-dən etibarən COVİD-19 əleyhinə vaksinasiyaya start verilib. Əvvəlcə səhiyyə işçiləri vaksinasiyaya cəlb olunublar. Mən də koronavirus əley...

"Heç nə hiss etmədim, yan təsiri də yoxdur" - Vaksinasiya olunmuş deputatlardan açıqlama

Xəbər verdiyimiz kimi, fevralın 8-dən etibarən yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyasına start verilib. Qeyd edək ki, qardaş Türkiyədə bu proses bizdə...

Azərbaycanda “Sputnik V” və “AstraZeneca” vaksinləri ilə bağlı QƏRAR - İCAZƏ VERİLDİ

8 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Sputnik V” vaksininin və "AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işl...