Pandemiyanın episentrinə çevrilən Ukraynada xəstəxanalar dolub-daşır - \"Buradakıların heç biri peyvəndli deyil\"

Pandemiyanın episentrinə çevrilən Ukraynada xəstəxanalar dolub-daşır - \
Ukraynada koronavirusa yoluxma halları artıb. Belə ki, çərşənbə axşamı günü xəstəlikdən rekord  ölüm halı (838) qeydə alınıb ki, bu da Rusiyadan sonra dünyada ikinci ən böyük göstəricidir. 
 
Sfera.az-ın məlumatına görə, Kiyevdə COVID-19-a yoluxanların əksəriyyəti 4 saylı xəstəxanada həyatları uğrunda mübarizə aparır. 

Oksigen aparatlarının səsi və öskürək səsləri hər yerdədir. Buna baxmayaraq, ümidlər də ölmür. Sergey Rudenko adlı şəxs "Euronews”a açıqlamasında artıq bir aya yaxındır ki, xəstəxanada müalicə aldığını deyib. 

"Hazırda daha yaxşıyam", deyə bildirən 41 yaşlı Rudenkonun cümlələrini tez-tez öskürək kəsir: "Düşünürəm ki, məni yalnız ölüm qorxusu yaşatdı. Nəfəs almaq üçün əlimdən gələni edirdim. Ağrıdan və qorxudan xilas olmaq üçün sadəcə yatırdım. Üç gün, ümumiyyətlə, ayağa qalxmadım”. 

Koronavirus əleyhinə peyvənd vurdurmayan Rudenko buna görə peşman olduğunu da əlavə edib: 

"İnsanlara "əgər peyvənd olunsan, sənin üçün daha asan olacaq və bu dəhşətdən xilas olacaqsan", deyilmir. Mən artıq xəstəyəm və bunun necə hiss olduğunu bilirəm. Əvvəllər bilsəydim, peyvənd olunardım. Amma indi bunun üçün heç nə edə bilmərəm. Hər gün ailəmdən dəstək mesajları alıram, zamanımı evə getməyi xəyal edərək keçirirəm”.

4 saylı xəstəxananın 30 yaşlı həkimi Anita Qod ötən ilə nisbətən, bu ilki xəstələrin daha şiddətli əlamətlər göstərdiyini açıqlayıb: 
 
"Buradakı xəstələrin heç biri peyvəndli deyil. Bir doza qəbul edən cütlüyümüz var idi, hazırda daha yaxşıdırlar. Yəni vaksin vurduran zaman virusa yoluxma halı olsa da, daha yüngül keçirmə ehtimalı artır. Təəssüf ki, gənclər də bu xəstəlikdən əziyyət çəkənlər sırasındadır. İndi onların da ölüm hallarının şahidi oluruq”.

Digər tərəfdən, Ukraynada COVID-19-a yoluxma hallarını nəzarətə almaq üçün, peyvənd vurdurmayan şəxsləri hədəf alan yerli karantina qaydaları tətbil edilib. Belə ki, Kiyevdə vaksin olunmayan şəxslərin ictimai nəqliyyat vasitələrindən istifadəsinə və restoranlaea girişinə qadağa qoyulub.

Ukrayna səhiyyə nazirinin müavini İqor Kuzin hazırda ölkədə mürəkkəb epidemioloji vəziyyətin hökm sürdüyünü söyləyib: 

"Biz bunu inkar etmirik. Amma Ukraynada son bir həftədə stabilləşmə əlamətləri də var”. Ümumi vəziyyətin kritik olaraq qaldığını etiraf edən qurum rəsmisi, ciddi karantin rejiminin pandemiyanın nəzarət altına alınmasında mühüm rol oynadığını da vurğulayıb. Onun sözlərinə görə, növbəti addım daha çox insanı peyvənd etməkdir: 

"Biz ilin sonuna qədər 15 milyon insanı tam peyvənd etmək istəyirik. Bu, təxminən əhalinin 70 faizini təşkil edir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tanınmış rusiyalı jurnalist qiyabi HƏBS EDİLDİ

Moskvanın Basmannıy Rayon Məhkəməsi rusiyalı tanınmış jurnalist Mixail Zıqarı qiyabi həbs edib.   Sfera.az xəbər verir ki, Zıqar Rusiya Silahlı ...

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Baş Nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının ...

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...