Pandemiyanın dördüncü cəhdi? - “Bu, ən dəhşətli dalğa olacaq”
16:06 / 16.06.2021
2739
Hazırda Hindistanda olan Delta ştammı İngiltərə
və başqa bir sıra ölkələrdə müşahidə edilir. Digər tərəfdən pandemiyanın bitməsini
gözləyərkən, artıq dördüncü dalğası ilə bağlı söz-söhbətlər gəzməkdədir.
Bununla bağlı tibb üzrə ekspert, professor
Adil Qeybulla Sfera.az-a açıqlamasında vurğulayıb ki, Delta ştammının özəlliyi
burada ikiqat mutasiyanın getməsidir və hesab edilir ki, bu, mövcud immun sistemin reaksiyasından yayına
bilər:
"Bu baxımdan mütəxəssislər narahatdırlar.
Düzdür, İngiltərədə, Amerikanın bəzi ştatlarında bu ştamma təsadüf edilib,
ayrı-ayrı şəxslərdə tapılıb. Çünki dünya qloballaşır, insanların miqrasiyası
davam edir. Bu mənada da ştammın yayılması mümkündür. Lakin əksər ölkələrdə
kollektiv immunitet də formalaşır. Vaksinasiya davam edir, o cümlədən xeyli
yoluxan şəxslərdə immunitet yaranıb”.
Müsahibimiz qeyd edib ki, kütləvi immunitet
bunun öhdəsindən gələ biləcəyi halda, Delta ştammı dünyaya yayılmaq üçün imkan
tapmayacaq:
Günay Rəsulqızı