“Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır” - Adil Qeybulla

“Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır” - Adil Qeybulla
Dünya Səhiyyə Təşkilatı (DST) pandemiyanın tezlikə bitəcəyi ilə bağlı məlumat verib. Qurumun qənaətinə görə, dünya artıq COVID-19-la mübarizənin 60 faizini tamamlayıb. Odur ki, tezliklə pandemiyanın bitəcək və insanlar normal həyata qayıdacaqlar. Lakin DST virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirmək çağırışı edib.

Sfera.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla yenisabah.az-a açıqlamasında deyib ki, dalğanın enməsi, vəziyyətin stabilləşməsi və xeyli insanın vaksinasiya olunması buna işarədir:

"Əvvəllər insanlar vaksinasiyaya daha çox tərəddüd edirdilər. Bu istiqamətdə daha çox probemlər var idi. İndi isə könüllü vaksinasiyaya gedənlər çoxalıb. Bu prosesin gedişində sanki bir dönüş əmələ gəlib".

Həkimin sözlərinə görə, atıq həm xəstələrdə, həm də vaksinasiya olunanlar immunitet yaranıb: "Bunlar əhalini kollektiv immunitetə yaxınlaşdırır və pandemiyanın sona çatmasına daha çox imkan verir. Çünki SARS-COV-2 mutasiya uğramaq qabiliyyətinə malikdir. Vaksin olunan və ya xəstəlik keçirməklə immuniteti yaranmış insanda bu qırılmış olur. Yəni o insan ya yoluxmur, ya da kimisə yoluxdurmur. Kollektiv immunitetin bu baxımdan önəmi var.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumat əslində, Xəstəliklərə Nəzarət Profilaktika Mərkəzlərinin verdiyi proqnozlara uyğundur".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı

Siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüzdə ittiham olunan Əsgər Ağayev saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə S.Qəhrəmanl...

Ermənistan vətəndaşı Azərbaycanın yol polisinə cərimə ödəməli olacaq

Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Syunik rayonunda (qərbi Zəngəzur) Azərbaycanla həmsərhəd olan Xndzoresk kəndinin Syunets...

8 il həbsdə yatan eks-nazir Fərhad Əliyev hazırda nə işlə məşğuldur?

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. Sfera.az ...

MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Bu barədə Sfera.az-a A...

Bakının bu ərazisində yaşayan sakinlər köçürülür - 27 Oktyabr saat 15:00 -a qədər...

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kotirovka sorğusu elan edib. Sfera.az-ın məlumatına görə, sorğu Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən...

5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində ağır-yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Mahmud...