Pandemiyadan qurtulmağımızın yeganə yolu budur - Həkim

Pandemiyadan qurtulmağımızın yeganə yolu budur - Həkim
Ölkəmizdə yanvarın 18-dən etibarən COVİD-19 əleyhinə vaksinasiyaya start verilib. Əvvəlcə səhiyyə işçiləri vaksinasiyaya cəlb olunublar. Mən də koronavirus əleyhinə peyvənd olundum. Həm məndə, həm də digər həmkarlarımda heç bir yan təsir müşahidə olunmadı. İkinci doza 28 gündən sonra, yəni gələn həftədən etibarən vurulacaq.

Sfera.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-epidemioloqu Bənövşə Abdullayeva deyib.

O bildirib ki, bəzi vətəndaşlar peyvənd olunmaqdan çəkinir. Buna səbəb kimi əziyyət çəkdikləri xəstəliklərin vaksin vurdurduqdan sonra aktivləşməsindən, ya da peyvənddən sonra hansısa fəsadlaşmaların baş verəcəyindən qorxduqlarını dilə gətirirlər. Çünki bəzi sosial şəbəkələrdə peyvəndin ciddi əks-təsirlər yaratması, onun ziyanlı olması haqqında dezinformasiyalar yayılıb: "Vətəndaşlar bilməlidirlər ki, vaksinasiya prosesi hər zaman bəzi infeksion, o cümlədən digər yoluxucu xəstəliklərin qarşısını almaqda xüsusi rola malik olub. Belə ki, uşaq yaşlarından suçiçəyi, qızılca, məxmərək kimi xəstəliklərə qarşı peyvənd olunmaqla onlardan qorunuruq. COVİD-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur. Həmin vaksinin vurulması qaydaları var və hər kəs peyvənd olunmur. Peyvənd vurulması üçün həkim müayinəsi və göstərişi vacibdir. Xroniki xəstəliklərin aktivləşməsi dövründə olanlar, onkoloji xəstəliklərdən əziyyət çəkənlər, 18 yaşadək uşaqlar, vaksinin tərkibindəki maddələrə qarşı allergiyası olanlar, hamilələr, südvermə prosesində olan qadınlar vaksinasiyadan kənarda qalırlar. Vaksinin inyeksiya yerində qızartı, ağrı olması, baş ağrısı, yorğunluq, halsızlıq, yüngül temperatur kimi yan təsirləri ola bilər. Ciddi yan təsirlərə də çox nadir hallarda rast gəlinir. Ölkəmizdə üç həftədən çoxdur vaksinasiya aparılır. Bu müddət ərzində ciddi yan təsirlər qeydə alınmayıb.

Digər bir tərəfdən, vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər. Vaksinasiyadan kənarda qalanları nəzərə alaraq pandemiya bitənədək maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipləri gözlənilməlidir. Xatırlatmaq istərdim ki, peyvəndin ikinci dozası birincidən 21-28 gün sonra vurulur. Qanda antitellər isə ilk dozadan təxminən bir ay sonra yaranır. Vaksin vurulandan sonra xəstəliyə yoluxma ehtimalı az da olsa var. Bu zaman xəstəlik ağırlaşma olmadan yüngül keçirilir. Peyvənddən sonra yaranan qoruyuculuq individual olsa da, əmələ gələn immunitetin 6 aya qədər qaldığı deyilir. Pandemiyanın aramızdan getməsi üçün əhalinin 60-70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Hər kəsi qorxub-çəkinmədən vaksinasiya prosesində aktiv olmağa səsləyirəm”.

Qeyd edək ki, ölkəmizdə vaksinasiya məqsədilə Çinin "Sinovac” şirkətinin "CoronaVAC” peyvəndi istifadə olunur.

OXŞAR XƏBƏRLƏR

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...