No Image
No Image

Pandemiyada Azərbaycandan köçən MƏŞHURLAR

Pandemiyada Azərbaycandan köçən MƏŞHURLAR
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə toy, açılış və bir çox tədbirlərin keçirilməsi qadağan edilib. Buna görə də sənət adamlarının çoxu işsiz qalıb.

Sfera.az  bildirir ki, bəzi sənət adamları bu ərəfə ölkədən köçməyə üstünlük veriblər. Onların əksəriyyəti isə Türkiyəyə üz tutublar.

Xalq artisti Miri Yusif yayda ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Müğənni İzmiri seçib. Hazırda Miri Yusif Bakıya işləri ilə əlaqədar gəlib-getsə də, ailəsi orada yaşayır.

Məşhur stilist Anar Ağakişiyev də pandemiya ərəfəsində türkiyəni seçib. Hələ bir neçə il əvvəl fəaliyyətini orada davam etdirəcəyini deyən stilist bu il onu gerçəkləşdirib. Anar İstanbulda ev alıb, orada fəaliyyət göstərir.

Müğənni Ayan Babakiyeva artıq bir neçə aydır İstanbuldadır. Orada evi və biznesi olan sənətçi ailəsini də özü ilə aparıb. Ayan pandemiya ərəfəsini Türkiyədə keçirməyə üstünlük verib.

Müğənni Aysel Əlizadə də İstanbula köçüb. Bir müddət əvvəl Türkiyədə özünə ev alan ifaçı karantin günlərini orada keçirir.
(axşam.az)
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Niyə bunu dillərə dastan edirsiniz?” – Manaf Ağayev əsəbləşdi

"Biz gündəmdəyik deyə, gözə tez dəyirik. Adamlar var ki, bizim bağımız onların zirzəmisi boydadır”. Sfera.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağ...

Toysuz qalıb Rusiyaya üz tutan müğənnilər - ADLAR

Artıq bir il olacaq ki, koronovirus infeksiyasının qarşısının alınması məqsədilə toyların keçirilməsinə qadağa qoyulub. Buna görə də şou-biznes simaları işsiz q...

“Dostum zəng vurdu ki, ölmüsən?” – Arif Quliyev saxta ölüm xəbərindən danışdı

Bir neçə gün öncə sosial mediada klarnet ifaçısı Arif Quliyevin ölüm xəbəri ölkə gündəminə çevrildi.   Amma bir çox sosial şəbəkə istifadəçiləri yanlışl...

"Özümü 5-ci mərtəbədən atacam" - Direktorun ad günündə mahnı oxuyan Mətanət hönkür-hönkür ağladı

"Məni ləkələmək istəyirlər. Anam deyir ki, Mətanət, bir də görsəm efirdə ağlayırsan, özümü 5-ci mərtəbədən atacam”.   Sfera.az xəbər verir ki, bu ...

Roza Zərgərli qızı ilə bağlı ittihamlara cavab verdi: "ŞANTAJ EDİB..."

Müğənni Roza Zərgərli qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə hallanması məsələsinə münasibət bildirib. Sfera.az x...

“Ayıb deyil, utanmırsan?” – Əli Mirəliyevdən Mətanət İsgəndərliyə sərt sözlər

Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozan 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın ad günündə Əməkdar artist Mətanət İsgəndərlinin də işti...