Pandemiya Yer üzü əhalisinin 60 faizi yoluxduqdan sonra bitəcək – Ekspertlər

Pandemiya Yer üzü əhalisinin 60 faizi yoluxduqdan sonra bitəcək – Ekspertlər
 Hazırda dünya alimləri pandemiyadan xilas olmaq üçün insanlıqdan asılı olan bir şeyin olmadığını bildirir.

Pandemiyanın inkişafı və bitməsi 2 ssenaridən asılıdır: ya vaksin tezliklə hazır olmalı və əhali vaksinasiya edilməlidir. Ya da bütün Yer üzü əhalisinin 60-65%-nin yoluxmasının bitməsini gözləmək. Bu isə yumşaq karantin və təcrid qaydaları ilə 1 il çəkə bilər.

Sfera.az bildirir ki, bu barədə Avropa infeksionistlər və epidemioloji araşdırmalar qrupunun mütəxəssisləri onlayn konfransda bildirib.

Bəs o zaman bu karantin tədbirləri nə üçündür? Bu epidemiyanın daha yumşaq keçməsi və səhiyyənin üzərinə düşən yükü bölüşdürmək və çökməsinin qarşısını almaq üçündür. Çünki karantin olmazsa, yoluxma indiki rəqəmlərdən 4-5 dəfə artıq ola bilər ki, bunun qarşısında heç bir ölkə səhiyyəsi tab gətirə bilməz. İnsanları isə evdə təbii seçimə buraxmaq olmaz. 
 
(medicina.az)


OXŞAR XƏBƏRLƏR