Pandemiya ən çox çoxuşaqlı ailələr üçün çətinliklər yaradıb

Pandemiya ən çox çoxuşaqlı ailələr üçün çətinliklər yaradıb
Pandemiya və onunla əlaqədar tətbiq edilən xüsusi karantin rejimindən ən çox əziyyəti çoxuşaqlı ailələr çəkib. Bu dövrdə çoxuşaqlı ailələr həm iqtisadi, həm də sosial sıxıntılarla üzləşib.

 

 

İqtisadi çətinliklər gəlir imkanlarının məhdudlaşması səbəbindən baş verib. Hər zaman dörd və daha çox uşaq olan ailələrin adambaşına düşən gəlirləri digər ailələrə nisbətən az olub. Rəsmi statistikaya əsasən bir uşağı olan ailələrdə adambaşına düşən gəlir 285 manat olduğu halda, 4 və daha çox uşağı olan ailələrdə 233 manat təşkil edib.

 

 

Gəlirlərin adambaşına düşən hissəsinin az olması xərclərə də mənfi təsir göstərib. Bir uşağı olan ailədə adambaşına çəkilən xərc 290 manat, 4 və daha çox uşağı olan ailələrdə 241 manat olub. Çoxuşaqlı ailələrdə adambaşına ərzaq xərcləri biruşaqlı ailələrlə müqayisədə 10 manat az, paltar və ayaqqabıya çəkilən xərc 5 manat az, səhiyyə xidmətinə 3 manat az, rabitə xidmətlərinə 4 manat azdır. Amma təhsilə, istirahət və mədəniyyət xidmətlərinə çəkilən xərc çoxdur.

 

Göründüyü kimi, çoxuşaqlı ailələrin adambaşına düşən gəliri az olduğu kimi xərc imkanları da məhduddur. Buna görə də tərkibi böyük olan ailələrdə qənaət və yığım imkanı məhdud olur və böhranlı dövrlərdə ailənin xərclərini ödəmək çətinləşir. Pandemiya dövründə iqtisadi fəallığın zəifləməsi, iş yerlərinin müvəqqəti bağlanması böhrana səbəb olduğundan ailələrin gəliri azaldı və çoxuşaqlı ailələr bu vəziyyətdə çətinliklə üzləşdilər.

 

 

İqtisadi çətinliklə bərabər sosial çətinliklər də yaşandı. Gəlirlərin azalması, məktəblərin bağlanması ailələrin səhiyyə, təhsil və digər sosial xidmətlərdən istifadəsini pisləşdirdi. Bu da ailələrin sosial müdafiəsini ağırlaşdırdı.

 

Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi müxtəlifnormativ hüquqi aktlarda nəzərdə tutulur və onlara uyğun tədbirlər görülür. Amma ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir. Pandemiya dövrü də bunu təsdiqləmiş oldu.

 

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev çoxuşaqlı ailələrin Covid-19 pandemiyasının mənfi təsirlərindən qorunmasına yönəlik sosial müdafiə tədbirləri ilə bağlı tədqiqat aparıb.

 

 

A.Mehtiyevin apardığı tədqiqatdan məlum olur ki, pandemiyanın və onunla əlaqədar tətbiq olunan karantin tədbirlərinin çoxuşaqlı ailələrə təsirləri heç də yalnız iqtisadi xarakterli problemlərlə məhdudlaşmır. Belə ailələrdə uşaqların üzləşdikləri sosial və psixoloji xarakterli problemlər təsir gücünə görə nəinki iqtisadi çətinliklərdən geri qalmır, əksinə, hətta daha dərin və uzunmüddətli təsirlər yarada bilir.

 

 

Buna görə də, beynəlxalq təşkilatlar tövsiyə edirlər ki, pandemiya şəraitində çoxuşaqlı ailələrə göstərilən yardımlar heç də yalnız maddi yardımlarla məhdudlaşmamalı, həm valideynlər, həm də uşaqlar müxtəlif psixoloji dəstək proqramları ilə əhatə olunmalı, valideynlərin ev şəraitində asudə vaxtın səmərəli təşkili, ailədaxili münasibətlərin düzgün təşkili və s. kimi məsləhət xidmətlərinə çıxışı təmin edilməlidir.


 

A.Mehtiyevin araşdırmasına əsasən dünya ölkələrinin təcrübələrinin araşdırılması göstərir ki, ayrı-ayrı ölkələrdə pandemiya dövründə belə ailələrə göstərilən dövlət sosial yardımlarının, habelə qeyri-maddi formada təqdim olunan ictimai qayğının həcmi və əhatə dairəsi həmin ölkələrin inkişaf səviyyəsindən, hökumətlərin maddi imkanlarından və gücündən asılı olaraq çox geniş diapazonda fərqlənir. Bu zaman uşaqlara və uşaqlı ailələrə dövlət sosial yardım sisteminin oturuşmuş və işlək mexanimlərinə malik ölkələr yaxşı mənada xüsusilə fərqlənirlər. Belə mexanizmlərə malik olmayan və hökumətlərinin imkanları məhdud olan ölkələrdə isə pandemiya çoxuşaqlı ailələrin daha da yoxsullaşmasını gücləndirib.


 

Azərbaycanda son dövrlərdə çoxuşaqlı ailələrin sayı azalır. Dövlət Statistika Komitəsinin əhalinin siyahıyaalınma məlumatlarına əsasən, ölkədə 4 və daha çox uşağı olan ev təsərrüfatlarının sayı 1999-cu ildə 213,9 min olduğu halda, 2009-cu ildə bu say 126,7 minə düşüb, yəni 1,7 dəfə azalıb. 2019-cu ildə keşirilən əhalinin siyahıya alınmasının nəticələri üzrə məlumatlar hələ açıqlanmasa da, A.Mehtiyev bildirir ki, 2020-ci ildə ölkədə 4 və daha çox uşağı olan ailələrin sayının təqribən 70 min ətrafında olduğunu söyləməyə əsaslar var:


 

"Statistik məlumatlara və formalaşmış təcrübəyə əsasən demək olar ki, bu ailələrin əksəriyyəti (təqribən 60%-ə qədəri) əsasən kənd yerlərində yaşayır. Bu tədqiqatda pandemiya və karantin şəraitində ölkədə çoxuşaqlı ailələrin, xüsusilə uşaqların üzləşə biləcəyi mənfi təsirlərin azaldılması, onların rifahının pisləşməsinin qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət addımları araşdırılır. Adətən belə siyasət tədbirləri 2 hissədən ibarət olur: çoxuşaqlı ailələrə münasibətdə hökumətin davamlı həyata keçirdiyi sosial nüdafiə tədbirləri və bilavasitə pandemiyanın yarada biləcəyi yeni mənfi təsirlərin qarşısının alınması, yaxud azaldılmasına yönəlik addımlar. Buna görə də tədqiqat zamanı çoxuşaqlı ailələrə və onların sosial müdafiəsinə münasibətdə hökumətin mövcud siyasəti və belə siyasətin hüquqi bazası öyrənilir, pandemiya ilə bağlı hökumətin belə ailələlərə münasibətdə tətbiq etdiyi əlavə sosial müdafiə mexanizmləri araşdırılır.


 

Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinə yönəlik sistemli şəkildə işlənilmiş və ardıcıl həyata keçirilən vahid hökumət siyasəti yoxdur. Ayrı-ayrı dövlət proqramlarında çoxuşaqlı ailələrə münasibət ya ümumi şəkildə ifadə olunur, ya da çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlı müəyyən addımlar nəzərdə tutulur”.

 

 

A.Mehtiyev pandemiya dövründə çoxuşaqlı ailələrə mümkün təsirlərin çox olduğunu düşünür:

 

 

"Valideynlərin işlərindən və gəlirlərindən tam və ya qismən məhrum olması səbəbindən yaranan maddi sıxıntılar, habelə bununla əlaqədar meydana çıxan keyfiyyətli, vitaminlə zəngin və yetərli miqdarda qidalana bilməmə; karantin şəraitində özünüqoruma və gigiyenik vasitələrlə təminat problemi; distant təhsilə keçidlə bağlı evdə olan hər bir uşağın distant təhsilinin təşkili üçün tədrisin texniki vasitələri (kompüter, noutbuk, smart-telefon və s.) və yetərincə sürətli internetlə təminatı; COVID -19 virusuna yoluxma zamanı əlavə müayinə və müalicə xərcləri və s.”


 

A.Mehtiyev hesab edir ki, buna görə də, pandemiya şəraitində çoxuşaqlı ailələrə göstərilən yardımlar heç də yalnız maddi yardımlarla məhdudlaşmamalı, həm valideynlər, həm də uşaqlar müxtəlif psixoloji dəstək proqramları ilə əhatə olunmalı, valideynlərin ev şəraitində asudə vaxtın səmərəli təşkili, ailədaxili münasibətlərin düzgün təşkili və s. kimi məsləhət xidmətlərinə çıxışı təmin edilməlidir.

 

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...