Pandemiya dövründə əhali ən çox nəyə pul xərcləyir? – ARAŞDIRMA

Pandemiya dövründə əhali ən çox nəyə pul xərcləyir? – ARAŞDIRMA

2020-ci ildə pandemiyanın baş verməsi və bununla əlaqədar Azərbaycanda sərt karantin qaydalarının tətbiq olunması əhalinin xərclərinin strukturunda dəyişikliklərə səbəb oldu. Bu dövrdə əhali ərzağa, kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına, əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclədiyi pulu artırarkən, əksər qeyri-ərzaq məhsullarına, o cümlədən toxuculuq məhsulları, geyim və ayaqqabılara, elektrik malları və mebellərə, avtomobil benzini və dizel yanacağına, eyni zamanda pullu xidmətlərə çəkdiyi xərci azaltdı.

 

Ərzaq xərclərinin azalmaması 2 ciddi səbəblə bağlıdır. Birinci səbəb ərzaq satışını həyata keçirən ticarət müəssisələrinin adi qaydada fəaliyyətini davam etdirməsi oldu. İkinci mühüm səbəb isə ərzaq istehlakının digər istehlak növlərinə nisbətən daha əhəmiyyətli olmasıdır. 2020-ci ildə əhalinin gəlirlərinin xeyli azalması onun xərclərinin də azalmasına təsir etdi. Xərclər azalan zaman insanlar əksər xərcləri azaltsa da əsas məhsullara, o cümlədən ərzağa xərclənən pulda ciddi dəyişiklik etmədilər. Buna görə də xərclərin azalması fonunda belə ərzağa çəkilən xərc artdı.

 

Sfera.az rəsmi statistikaya əsasən bildirir ki, 2020-ci ilin 11 ayında əhaliyə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 42 milyard manat olub.

 

Bu il əhalinin istehlak xərcləri 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,6 faiz azalıb. İstehlak bazarında bir istehlakçı orta hesabla ayda 382,3 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən 23 manat az vəsait xərcləyib.


Əhalinin xərclərinin əsas hissəsini məhsulların alınmasına çəkilən xərclər təşkil edir. Əvvəllər bu xərclərin yarısını ərzaq, digər yarısını qeyri-ərzaq xərcləri formalaşdırırdı. Pandemiyanın təsirindən əhalinin ərzaq xərcləri artsa da qeyri-ərzaq xərcləri azaldı. Buna görə də məhsullara çəkilən xərclərdə ərzağın payı 50 faizdən 54 faizə yüksəldi.

 

Rəsmi məlumata əsasən, ərzağa çəkilən xərc 3,3 faiz artdığı halda, qeyri-ərzağa çəkilən xərc 6 faiz azalıb. 2020-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard manatlıq məhsul satılıb. Bunun 18,85 milyard manatlıq hissəsini ərzaq məhsulları, 16,19 milyard manatlıq hissəsini qeyri-ərzaq malları təşkil edib.


İstehlakçıların ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

 

Pandemiya ərzağa çəkilən xərcin artımına səbəb olsa da bunun yerli istehsala müsbət təsiri olmayıb. Əksinə, bu il qida məhsullarının istehsalı azalıb, idxalı isə artıb. Bu ilin 11 ayında qida məhsullarının istehsahsalı 3,732 milyard manat olmaqla ötən ilə nisbətən 1 faiz azalıb.

 

Qida sənayesinin əsas məhsullarından kolbasa məmulatları 36,3 faiz, marqarin istehsalı 6,2 faiz, kərə yağı istehsalı 1,7 faiz artıb, duru bitki yağları 0,9 faiz, qənd və şəkər tozunun istehsalı 17,3 faiz azalıb.


Bu il qida məhsullarının idxalı artıb. Gömrük məlumatlarına əsasən, qida məhsullarının idxalının dəyəri 1,332 milyard dollar olub və 2019-cu illə müqayisədə 10 milyon dollar azalıb. Ancaq qeyd edək ki, bu il qida məhsullarının idxal dəyərinin az olması buğda idxalının azalması ilə bağlıdır. Cari ildə buğda idxalı 50 milyon dollardan çox azalıb. Əgər buğda idxalındakı azalma nəzərə alınmasa, ümumən qida məhsullarının idxalı 40 milyon dollar artdığını görürük. Artım ət, yağ, meyvə-tərəvəz, çay idxalında müşahidə edilib.

 

2021-ci ildə pandemiyanın aradan qalxmasından sonra əhalinin xərcləmələrində yenidən dəyişikliklərin olacağı yəqindir. Bu dəfə müsbət dinamika qeyri-ərzaq məhsulları üzrə dəyişəcək. Ehtimal ki, gələn il qeyri-ərzaq mallarının çəkilən xərclərdə ciddi artımın şahidi olacağıq.

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...