Pandemiya Bil Qeytsə niyə sərf edir? – Milyarderin qorxunc proqnozlarının arxasındakı SİRR
11:45 / 28.01.2021
2285
"Onlayn şirkət sahibi olaraq pandemiya Bil Qeytsə milyonlar
qazandırır. Bu səbəbdən də o müntəzəm olaraq pandemiya ilə bağlı bədbin bəyanatlarla
çıxış edir”.
Bunu Sfera.az-a açıqlamasında "Mikrosoft” şirkətinin təsisçisi, milyarder
Bill Qeytsin pandemiya başlanan dövrdən COVİD-19-la bağlı müxtəlif bədbin
fikirlər səsləndirməsinin arxasında hansı məqsədlərin durduğuna aydınlıq gətirərkən
ReAL-ın icra katibi Natiq Cəfərli deyib.
Həmsöhbətimiz bildirir ki, bu tip insanlar öz sözlərilə dünyada gedən
proseslərə təsir etmək gücündədir:
"Bill Qeyts tək biznesmen kimi deyil, filantrop, xeyriyyəçi kimi də
tanınır. O, dünyada özü kimi insanların sözlərinə ciddi reaksiya verildiyini
görür. Ona görə də bu tip insanların sözlü yönləndirmələrlə dünyada gedən
proseslərə təsir edə bildikləri açıq şəkildə görünür”.
N. Cəfərli qeyd edir ki, COVİD-19 internetlə bağlı şirkətlərə pozitiv təsir
edib: "Qeytsin "Microsoft” şirkəti pandemiya dövründə ən çox pul qazanan şirkətlərdən
biri olub. 2020-ci ilin son rübündə bu şirkət 42 milyard dollar qazanc əldə
edib ki, bu da pandemiyadan əvvəlki dövrlə müqayisədə daha yaxşı nəticədir.
Onlayn həyat tərzi, bütün həyatın internet üzərindən idarə olunması "Mikrosoft”
kimi rəqəmsal şirkətlərin daha çox qazanc əldə etməsinə şərait yaradıb. Yəni,
bu tipli vəziyyətlər internetə aydiyyatı olan şirkətlərə pozitiv təsir edib.”.
Elçin