Pandemiya Azərbaycanın dəmir yolu ilə yük daşımalarına təsir etməyib

Pandemiya Azərbaycanın dəmir yolu ilə yük daşımalarına təsir etməyib
 "Koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərə baxmayaraq Azəraycanın tərəfdaş olduğu ölkələrlə birgə səylər nəticəsində dəmir yolu ilə yükdaşımalar əvvəlki qaydada davam edir".

Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.

Onun sözlərinə görə, bu ilin ilk üç ayında 3 554 000 ton yük daşınıb, belə ki, ötən ilin ilk 3 ayı ilə müqayisədə yükdaşımada 13 min ton artım müşahidə edilib: "Azərbaycanla quru və dəniz sərhədinə malik bütün ölkələrlə əvvəlki qaydada yükdaşıma əməliyyatlarını yerinə yetirilir". 

N.Bayramova əlavə edib ki, sərhəd-keçid məntəqələrində quraşdırılan müasir tipli dezinfeksiyaedici qurğular vasitəsilə bütün yük vaqonları dezinfeksiya edilir.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında dəmir yolları ilə 2,3 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 7,2% çoxdur. Orta hesabla sutkada 339 vaqon yüklənib, 342 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib. (report)

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...