Cəmİyyət

PANDA BOYA-larının daxil olduğu "Muradlı-M Group"da Koronavirusa görə dezinfeksiya tədbirlər həyata keçirilib

PANDA BOYA-larının daxil olduğu
 Ölklə ərazisində artıq kütləvi formada müəssisələrdə Koronavirusa (COVID-19) görə dezinfeskiya işləri aparılır.

Binəqədi rayonunda yerləşən inşaat malları istehsalçısı və tədarükçüsü "Muradlı-M Group” da Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə ən müasir texnologiya vasitəsilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirib.

"Muradlı M Group”a məxsus istehsalat sahələri, anbarlar, ofis və satış mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib.

Şirkətin sözcüsünün bildirdiyinə görə , risk halları olduğu müddətdə bu cür tədbirlərin daimiliyi planlanmışdır.

Əməkdaşlar mütamadi dezinfeksiya tədbirləri üçün lazımi vasitələrlə təmin edilib, tibbi maskalar və əlcəklərdən istifadəyə keçilib.

Şirkət rəsmisi qabaqlayıcı tədbirlərlə yanaşı müştərilərini də virusa qarşı qorumaq məqsədilə "Muradlı-M Group”a məxsus ərazilərdə məlumatlandırıcı lövhələr yerləşdirdiklərini də bildirib.
Qeyd edək ki, "Muradlı-M MMC” ilk olaraq Azərbaycan Respublikasının suverenliyini aldığı ildən etibarən Muradlı İnşaat mağazaları vasitəsilə müştərilərinə inşaat mallarının topdan satış mərkəzi kimi fəaliyyətə başlayıb.

Hazırda ölkəmizdə keyfiyyət və dözümlülük ənənəsi yaradan boya markası kimi tanınan Panda boyaları , Ölkəmizin ilk mebel boyas/lak brendi LİNX və dekorativ tavan künclüyü (həmçinin tavan göbəkliyi ) PANAPOL məhsulunun istehsalçısı , Türkiyənin GENÇ boya və verniklərinin, o cümlədən, bir çox uzaq şərq və Avropa şirkətlərinin bölgə distributoru kimi fəaliyyət göstərir. "Muradlı-M Group”un istehsal etdiyi məhsullar İSO 9001;2015 keyfiyyət sertifikatına layiq görülüb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031