Pambıq, qızıl, xurma... - 33,6 milyon dollar ARTIM

Pambıq, qızıl, xurma... - 33,6 milyon dollar ARTIM
Bu il qeyri neft sektoru üzrə ixrac 33,6 milyon dollar artıb.
 
Bu barədə Sfera.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 331,3 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 milyon ABŞ dolları və ya 11,3 faiz artıb. 2021-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (37,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (34,4 milyon ABŞ dolları) ikinci, xurma isə (27,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-fevral ayı ərzində Türkiyəyə 106,9 milyon, Rusiyaya 85,5 milyon, İsveçrəyə 35,2 milyon, Gürcüstana 28,3 milyon və ABŞ-a 13,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Sfera.az
İnci


OXŞAR XƏBƏRLƏR