Pambıq 2 dəfə çox gəlir gətirməyə başladı – Daha da bahaşalacaq

Pambıq 2 dəfə çox gəlir gətirməyə başladı – Daha da bahaşalacaq
Azərbaycanın pambıq ixracından əldə etdiyi gəlirdə artım müşahidə edilir. "Ağ qızıl”ın 2020-ci ilin üçüncü rübündən bahalaşması və ixraca daha çox məhsulun çıxarılması satışdan əldə edilən gəlirin artmasına şərait yaradıb.
 
Sfera.az gömrük məlumatlarına istinadən bildirir ki, Azərbaycan 2019-cu ilin yanvar-fevralında 17 883 ton pambıq mahlıcı 25,961 milyon dollara, 2020-ci ilin yanvar-fevralında 21 743 ton pambıq mahlıcı 30,356 milyon dollara satdığı halda 2021-ci ilin eyni dövründə 26 443 ton pambıq mahlıcı 37,356 milyon dollara satıb. Orta hesabla pambığın hər tonu 2019-cu ilin ilk 2 ayında 1 451 dollara, 2020-ci ilin 2 ayında 1 396 dollara, 2021-ci ilin eyni dövründə 1 412 dollara satılıb.
 
Beynəlxalq bazarlardakı qiymət dinamikasını təhlil etdikdə görürük ki, pambığın dəyərində artım 2020-ci ilin aprelindən 2021-ci ilin martına kimi daha güclü olub. Bu dövrdə pambığın qiymətindəki artm 46 faizi ötüb. Bu o deməkdir ki, eyni miqdarda pambığın satışından əldə edilən gəlir təxminən 50 faiz artıb.
2020-ci ilin aprelində bir tonu 1410 dollar olan pambığən dəyəri 2021-ci ilin fevralında 2060 dollar olub. 
 
2018-2020-ci illər ərzində pambığın dünya bazarı qiymətində azalma müşahidə olunurdusa, 2020-ci ilin may ayından etibarən pambığın dünya bazarı qiymətində artım müşahidə edilir. Yalnız 2021-ci ilin fevralında pambığın 1 tonunun qiyməti əvvəlki ay ilə müqayisədə 6,2 faiz artıb.
 
Azərbaycan qiymət artımlarının gətirdiyi qazancı növbəti aylarda daha çox müşahidə edəcək. Çünki dünya bazarında satılan pambıq 2 ay əvvəl bağlanan müqavilələrə əsasən aparılır. Buna görə də ölkəmiz mart və apreldə pambığı daha baha satmaq imkanı qazanacaq. Bunu 2021-ci ilin yanvar və fevral aylarındakı ixrac qiymətlərindən də görə bilərik.Yanvarda satdığımız hər ton pambığın qiyməti 1 377 dollar olmuşdusa, fevralda 1440 dolları ötüb. Qiymət dəyişikliklərini nəzərə alsaq deyə bilərik ki, Azərbaycanın satacağı pambıq mahlıcın orta qiyməti 1600 dollara, apreldə 1700 dollara yüksələcək.
 
Vasif
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...