Paltarlarını dəyişən qadınları gizlin videoya çəkirlər- “Zara”da biabırçılıq
Cəmiyyət
11:56 / 22.05.2019
2870
Bakıda "Zara” mağazasında
soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.
Bu barədə Bakı sakini Xədicə KərimovaB Baku.ws-ə şikayətində bildirib.
Şikayətçi deyir ki, Bakıda
malların birində yerləşən"Zara”
mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu
görüb.
"Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin
görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı "Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik.
Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi.