Pakistanlı fenomen Engin Altan Düzyatana qarşı 575 min dollarlıq dələduzluq edib
15:27 / 18.06.2021
2275
Türkiyəli aktyor Engin Altan Düzyatana qarşı 575 min dollarlıq dələduzluq edilib.
Sfera.az bildirir ki, hadisə ötən il Pakistanda baş verib. Belə ki, pakistanlı fenomen Kaşif Zamir Çaudri ilə razılığa gələn aktyorun aldığı 90 milyon Pakistan rupisi saxta çıxıb. Ardınca Düzyatan sözügedən şəxsi polisə şikayət edib.
Aktyor qeyd edib ki, fenomen onun şəkillərindən icazəsi olmadan istifadə edib, nüfuzuna zərər vurub. Məlum olub ki, Çaudri haqqında 6 fərqli cinayət işi açılıb. Şikayətdən sonra o həbs edilib.
Qeyd edək ki, ötən il Engin Altan fenomenin dəvəti ilə Lahora getmişdi.
Türkan
Sfera.az