Pakistanda gəmi aşıb, 8 nəfər ölüb

Pakistanda gəmi aşıb, 8 nəfər ölüb
 

Pakistanda gəminin aşması nəticəsində 8 nəfər boğulub.

Sfera.az xəbər verir ki, bu barədə ARY telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin şərqində yerləşən Pəncab əyalətində Satlec çayında baş verib.
 Hazırda axtarış-xilasetmə işləri aparılır. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (APA)

 

OXŞAR XƏBƏRLƏR