Pakistanda dəhşətli terror - Nazir öldü - VİDEO

Pakistanda dəhşətli terror - Nazir öldü -  VİDEO

Pakistanda baş verən terror aktında Pəncab əyalətinin daxili işlər naziri Şuja Xanzade öldürülüb. 

Partlayış baş verən binadan 10 cəsəd çıxarılıb. Daxili işlər nazirinin cəsədinin isə dağıntılar altından hələ də çıxarılmadığı bildirilir. Uçmuş binanın altında 20-dən çox cəsədin qaldığı ehtimal edilir. 

Terror aktı zamanı yaralanan 4 nəfərin isə müalicəsi davam edir. Terroru heç bir qruplaşma öz üzərinə götürməyib. 

Qeyd edək ki, partlayan bina nazirin ofis kimi istifadə etdiyi evi imiş.  (musavat.com)


OXŞAR XƏBƏRLƏR