No Image
No Image
No Image

Pakistan XİN-dən Paşinyanın ittihamı ilə bağlı - AÇIQLAMA

Pakistan XİN-dən Paşinyanın ittihamı ilə bağlı - AÇIQLAMA
Pakistanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə "RİA Novosti” telekanalına müsahibəsində bu ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusuna yardım etməsi ilə bağlı fikirlərini əsassız adlandırır.

Sfera.az xəbər verir ki,  XİN  öz bəyanatında Ermənistanın Baş nazirinin "əsassız və yersiz şərhlərini” qəti şəkildə rədd edib.

Nazirlik xatırladır ki, Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan silahlı qüvvələri kifayət qədər güclüdür və öz torpaqlarını müdafiə etmək üçün heç bir xarici ölkənin köməyinə ehtiyacı yoxdur.

Pakistan XİN-i hesab edir ki, Ermənistan rəhbərliyi özünün Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz propaqandaya sığınır.

"Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini ardıcıl şəkildə genişləndirib. Pakistan qardaş Azərbaycan xalqının yanında durmağa davam edəcək və hər hansısa təcacüzə qarşı onun özünümüdafiə hüququnu dəstəkləyəcək”, deyə bəyanatda vurğulanır.

Pakistan XİN-i əlavə edib ki, münaqişə tərəfləri arasında  sülh və münasibətlərin normallaşdırılması BMT TŞ-nın qətnamələrinin tam və hərtərəfli icrasından və Ermənistan hərbi qüvvlərinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq.
 

OXŞAR XƏBƏRLƏR

“Təlxək, dəmşalaq, sərsəm...” – Millət vəkillərimizdən Jirinovskiyə “xoş sözlər”

"Moskva bu təlxəyin fikirlərilə hərəkət etməyəcək”. Sfera.az.a açıqlamasında bu sözləri rus siyasətçisi Vladimir Jirinovskinin hərbi əməliyyatlar ...

Qondarma rejimin “müdafiə ordusunun komandanı” belə məhv edildi - VİDEO

Bu gün Qarabağdakı qondarma rejim "müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyanın "döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını” açıqlayıb və dərh...

"Ordumuz Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv etdi" - Prezidentin köməkçisi

"Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqt...

İsrail niyə Azərbaycanı dəstəkləyir? – Roman Qureviç Ermənistanın antisemitizm siyasətini ifşa etdi

İsrailin ingilisdilli məşhur "The Yerusalem Post” saytında Azərbaycanda antisemitizmin olmadığını əks etdirən geniş analitik yazı dərc edilib.   Sf...

Paşinyan hətta ağrılı güzəştlərə də hazır olduğunu dedi

Ermənistan baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində növbəti müraciətini yayıb. Sfera.az-ın xəbərinə görə, o erməni tərəfinin güzəştlərə get...

Siz generallar Generalısınız! – Prezidentə məktub var

Cəbhədə vəziyyət gərginləşəndən hərbi və diplomatik yolda atdığı qətiyyətli addımlara, mübarizə əzminə görə ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə...