“Pak dad” restoranı cərimələndi - SİYAHI

“Pak dad” restoranı cərimələndi - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan Sfera.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 13 aprel 2021-ci il tarixində ölkə üzrə 438 ictimai iaşə obyektində 752 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Sabunçu ‎rayonu, M. Fətəliyev küçəsi 72 ünvanında yerləşən, fiziki şəxs Qasımov Müslüm Həsən oğluna məxsus çayxana;

2. Bakı şəhəri, Sabunçu ‎ ‎rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Yaqubov Bəxtiyar Vəli oğluna məxsus "Smak” kafesi;

3. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində (R. Ş. Mirzəyev küçəsi ilə kəsişməsi) yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə məxsus "Nanə” restoranı;

4. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən, fiziki şəxs Əyubova Aidə Ələkbər qızına məxsus "Coffe Elea” kafesi;

5. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən, fiziki şəxs Qasımov Seymur Eldar oğluna məxsus restoran;

6. Bakı şəhəri, Nərimanov rayonu, S. Vurgun küçəsi, ev 138 ünvanında yerləşən, fiziki şəxs Əliyev Əlibəy Rauf oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nərimanov ‎rayonu, Atatürk prospekti, ev 6a ünvanında yerləşən, fiziki şəxs Xancanlı Asif Vidadi oğluna məxsus "Karvansaray” restoranı;

8. Bakı şəhəri, Nərimanov ‎rayonu, K. Rəhimmov küçəsi 13a ünvanında yerləşən, fiziki şəxs Qarayev Orxan Qara oğluna məxsus "Pak dad” restoranı;

9. Bakı şəhəri, Səbail ‎rayonu, Nizami küçəsi, ev 54 ünvanında yerləşən, hüquqi şəxs "East Town” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "East Town” restoranı;

10. Bakı şəhəri, Qaradağ ‎rayonu, Lökbatan qəsəbəsində yerləşən, fiziki şəxs Həsənov Fazil Cəlil ogluna məxsus kafe;

11. Bakı şəhəri, Qaradağ ‎rayonu, Ələt qəsəbəsi, Bakı-Qazax yolunun 69-cu kilometrliyində yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Çingiz oğluna məxsus kafe;

12. Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən, fiziki şəxs Orucov Röyal Elman oğluna məxsus "Tadım” dönər evi;

13. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Şıxməmmədova Şahnaz Bəhərçin qızına məxsus "Köz dönər” dönər evi;

14. Bakı şəhəri, Xətai rayonu, H. Salmani küçəsi 1 ünvanında yerləşən, "Samara Turizm və Catering” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Happy Inn” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

15. Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən, fiziki şəxs İsgəndərov Məzahir Məhərrəm oğluna məxsus "Ədalət” kafesi;

16. Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mirzəyev Məhəmməd Məhəmməd oğluna məxsus kafe;

17. Gəncə şəhəri, H. Əliyev prospekti 112 ünvanında yerləşən, fiziki şəxs Zeynalabidinov İsgəndər Aydın oğluna məxsus "Aydın” dönər evi;

18. Lənkəran şəhəri, Digah kəndində yerləşən, fiziki şəxs Rəcəbov Qurban Malik oğluna məxsus çay evi;

19. Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən, fiziki şəxs Qəmbərov Sultan İmamulla oğluna məxsus çay evi;

20. Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən, fiziki şəxs Qədirov Fəqan Fazil oğluna məxsus "Zeynəb” restoranı;

21. Kürdəmir rayonu, Muğanlı kəndində yerləşən fiziki şəxs Cəbrayıl Natiq oğluna məxsus "Muğanlı”

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...