“Oyuna gətirilənlər indi anladılarmı ki...” - Fuad Qəhrəmanlı

“Oyuna gətirilənlər indi anladılarmı ki...” - Fuad Qəhrəmanlı
 

AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı sosial şəbəkə vasitəsilə cəmiyyətə müraciət edib.

Sfera.az  xəbər verir ki, o, baş prokuror Zakir Qaralovun onun barəsində cinayət işi açılması üçün edilən müraciətlər barədə verdiyi açıqlamaya münasibət bildirib: 


"Media və dostlar məndən təkidlə açıqlama istəiyirlər. Bunu nəzərə alaraq, qısaca bildirirəm ki, indiyə qədər məni ittiham edən tərəflə bağlı keçmişi nəzərə alıb, heç bir mənfi fikir deməmişəm və bundan sonra da deməyəcəyəm. Xahiş edirəm, kimsə də deməsin.

Ancaq, zorakılıqla bağlı deyilənlər əsassızdır və detallara varmağı özümə sığışdırmıram. İndi aydın oldu ki, bu hadisədən istifadə edib, üstümə gəlib, istefamı tələb edənlərə komanda haradan verilibmiş. Cəmiyyətin mənə dəstəyini görüb, məyus oldular və son çarə kimi indi də bu yolla islərini başa çatdırmağa çalışırlar. Kütləvi psixoza düşüb, oyuna gətirilənlər indi anladılarmı ki, mənim istefamı kimə lazımıymış?”


OXŞAR XƏBƏRLƏR