Çoxmərtəbəli binalarda normadan 2,5 dəfə çox enerji istifadə olunur

Çoxmərtəbəli binalarda normadan 2,5 dəfə çox enerji istifadə olunur
Çoxmənzilli binaları soyuğa qarşı düzgün qorumaqla və isitməklə enerjiyə 68 faiz qənaət etmək olar. Avropada aparılan araşdırmaya görə, son illərdə enerjidaşıyıcılarının bahalaşması ailələrin xərclərində onun payını artırıb. Avropa Birliyi standartlarına əsasən, əgər enerjidaşıyıcılarına çəkilən xərc ailənin cəmi xərcinin 17 faizini ötərsə, bu, ailə üçün böhranlı vəziyyət sayılır.

Aparılan araşdırmalara görə, binaların isidilməsində enerji itkisinə daha çox divarlarda yol verilir. Enerji itkisinin 40 faizi divarlarda, 18 faizi tavanda, 18 faizi pəncərədə, 10 faizi zirzəmidə, 14 faizi isə qazanxanadan gələn xətlərdə olur. Avropalı ekspertlər düşünür ki, enerji xərclərini azaltmaq üçün onun istehlakını azaltmağa nail olmaq lazımdır. Bu məqsədlə binaların soyuqdan düzgün qorunması və isitmə sisteminin düzgün təşkili tövsiyə edilir.

 

Sfera.az bildirir ki, Azərbaycanda da binaların isidilməsində enerjidən səmərəli istifadə edilməməsi aktual problemlərdəndir.Aparılan sınaq nümunələri göstərir ki, ölkəmizdə çoxmənzilli binalarda enerji itkisini 2-2,5 dəfə azaltmaq olar. Enerji itkisinin böyük olmasının səbəbi binaların düzgün layihələndirilib tikilməməsidir.


Tədqiqatlar göstərir ki, sovet dövründə beton panellərdən istifadə etməklə tikilən binalarda ən azı 2 dəfə enerjiyə qənaət etmək mümkündür. Bunun üçün ilk növbədə çoxmərtəbəli binalarda mənzillər fərdi qaydada deyil, mərkəzləşdirilmiş qaydada, qazanxana sistemi ilə istiliklə təchiz edilərək qızdırılmalıdır. Mərkəzləşdirilmiş istilik sistemi mövcud sərfiyyatdan 2,5 dəfə az enerji istifadə etməyə imkan verir.

 

Çoxmərtəbəli binalarda fərdi qaydada mənzillərdə "kombi” sistemlərinin qurulması sağlamlıq baxımından da düzgün deyil. Çünki aşağı mərtəbədə "kombi”si olan mənzil yuxarı mərtəbədəki mənzil üçün ekoloji disbalans yaradır, qonşusunu zəhərləyir. Bu cür sistemlər şəhərkənarı fərdi mənzillərdə quraşdırılması üçün nəzərdə tutulub.


Qeyd edək ki, ölkəmizdə də kommunal, xüsusən də enerji daşıyıcılarına çəkilən xərclər artır. Azərbaycanda ailələrin xərclərinin 8 faizi su, işıq, qaz və digər yanacaq növlərinə çəkilən xərclərdən ibarətdir. On il əvvəl kommunal xərclərin cəmi xərclərdə payı 5 faizdən az idi. Artan xərcləri tənzimləmək məqsədilə enerjidən səmərəli istifadə edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

 

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...