“Çoxluğu qızışdırmağa nə var ki?” – Deputatdan sosial şəbəkələrdəki təhlükəylə bağlı SOS SİQNALI

“Çoxluğu qızışdırmağa nə var ki?” – Deputatdan sosial şəbəkələrdəki təhlükəylə bağlı SOS SİQNALI
"Dövlət əleyhinə təbliğatda, kütlənin qızışdırılmasında ən çox canfəşanlıq edənlər dövlətdən gizli şəkildə faydalanan bloggerlər, siyasi subyektlər və qaranlıq keçmişə sahib məmurların himayəsində olan araqarışdıranlardır. Onların çoxu hüquq-mühafizə orqanlarının qorxusundan dövlətin ən ali mərtəbəsində oturan şəxslərə çamur atmağa risk etmirlər, ancaq dövlətin xaosa sürüklənməsinin qarşısını almaq istəyən digər bütün qüvvələri sıradan çıxarmaq üçün səfərbər olunurlar”.

Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. O bildirib ki, burada hakimiyyətin edəcəyi tək iş informasiya məkanında debatların, müzakirələrin önünü açmaq, keyfiyyətli və doğru informasiyanı almaq üçün əlində olan leqal resursları doğru çalışdırmaqdır:
 
"O halda qaraqışırıqçı, gopçu, dil pəhləvanı obrazlarının siluetləri qısa müddətdə xalqın yaddaşından yoxa çıxacaq və daha realist və ərdəmli yola dəvət edənlərin təsir imkanları artacaq. Parlamentdə aparılan müzakirələr efir vasitəsilə geniş auditoriyaya ötürülmürsə, xalqın problemlərinin əsas müzakirə yeri parlament olmursa, mütləq bu boşluğu xarici xüsusi xidmət orqanlarının yönəltdiyi, tezislərlə qidalandırdığı, insanları neqativ yükləmə fürsətinin tapıldığı sosial şəbəkələr olacaq. Mətn oxuya bilməyən çoxluğu qızışdırmaq üçün mövzuya nə var ki? Sabah məcburi köçkünün köçürülməsi də, bir şəhid uşağının burnunun qanaması da, bir qazinin özünü pis hiss etməsi də ölkədə durumun gərginləşdirilməsi üçün münbit mövzu deyilmi?”.

Deputat vurğulayıb ki, özünə ləyaqətli deyən bir azərbaycanlının Şuşanı, Kəlbəcəri, Ağdamı almış bir hakimiyyətin qarşısında ən azı qınayıcı sözü ola bilməz: "Biriləri deyəndə ki, "Rusiya sülhməramlıları dərhal çıxmalıdır”, yaxud "Niyə Xankəndində, Xocalıda bayrağımız dalğalanmır”, insan həyasızlığının son həddini görürəm, sanki. Əlbəttə, rus sülhməramlısı vaxtı gələndə çıxarılmalıdır və çıxarılacaq da! Əlbəttə, Xankəndində, Xocalıda bayrağımız dalğalanmalıdır, dalğalanacaq da! Ancaq bunu sən etməyəcəksən ki? Yenə də bunu Şuşanı, Kəlbəcəri, Ağdamı hərbi və ya diplomatik yolla almış bu hakimiyyət edəcək! Sağlam mühakiməsi olan azərbaycanlının bu gün "bu hakimiyyətə Qarabağı bütövlükdə suverenliyimzi altına qaytarmaq üçün nə kömək edə bilərəm” deməkdən başqa düşüncəsi olmamalıdır”.

F.Mustafanın sözlərinə görə, qələbədən 4 ay keçməsinə baxmayaraq bu qədər səbrsizlik, inancsızlıq ortadadırsa, dörd il sonra bu xarakterin bizi hara götürəcəyini rahat söyləmək mümkündür: "Səsi duymayan toplumlar mütləq küyə gedəcəklər! Qarabağda səsizmizi duyurmaq istərkən onu küyə qurban verəcəyik.   Azərbaycanın böyük dostu Ərdoğan hakimiyyətə gələndə belə bir ifadə işlətmişdi: "Biz elə edəcəyik ki, Türkiyənin gündəmini kənardakılar deyil, millətimiz özü formalaşdırsın”. Bizdə isə nə yazıq ki, bir küçə uşağı, bir xarici şəbəkə ələmanı sosial şəbəkə resurslarından yararlanaraq cahil çoxluğunu referans alaraq cəmiyyətimiz üçün istədiyi gündəmi yarada bilir. 
 
Qısası, deyəcəyim budur ki, küyə getməyin, Qarabağdakı quruculuğa ayrılacaq enerjinizi yalan-palan gündəmlərə dəyişməyin. Bu tarixi anları da boşa versək, bundan sonra "Qarabağ şikəstəsini” belə oxumağa səsimiz qalmayacaq. Çünki səsin ən çox nifrət etdiyi küydür. Bu küy deyilən nəsnə hələ də bizim canımızda, qanımızda, ağlımızda dəyişməz yerini qoruyur”.
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...