Oxford alimləri peyvəndlərlə bağlı inanılmaz həqiqəti üzə çıxardı – Bütün dünya yeni sistemə keçə bilər
11:00 / 29.06.2021
3017
Oxford Universitetinin alimləri tərəfindən edilən son araşdırma 1-ci və 2-ci dozada fərqli peyvəndlərin tətbiqinin daha təsirli olduğunu üzə çıxarıb.
Sfera.az xəbər verir ki, elm adamları iki fərqli peyvəndin qarışdırıldığı təqdirdə hansı nəticənin əldə ediləcəyini müəyyənləşdirməyə çalışıblar.
Belə ki, mütəxəssislər 50 yaşdan yuxarı 850 nəfər könüllüyə 4 həftə aralığı ilə iki fərqli dozanı tətbiq ediblər. AstraZeneca və Pfizer peyvəndlərinin istifadə olunduğu sınaq daha yaxşı nəticə verib. Belə ki, hər iki fərqli dozadan istifadə edən insanlarda immunitet yaranıb və antikor istehsalı çoxalıb.
Oxford universitetinin digər mütəxəssisləri isə hər iki fərqli dozanın tətbiq olunması aralığının 8-12 həftəyədək artırılmasını təklif edib.
İngiltərənin baş həkiminin müavini Conatan Van Tam isə ölkədə hələ ki, vaksinasiyanın hər iki mərhələsində eyni dozadan istifadə olunduğunu, ehtiyac olarsa, gələcəkdə yeni formaya keçməyin mümkün olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, bir çox ölkədə 1-ci və 2-ci dozada eyni peyvənddən istifadə olunur. Ancaq fərqli peyvəndlər vurdurmaq istəyənlər də var. Məsələn, alman kansleri Angela Merkel ilkin doza üçün "AstraZeneca” vaksinini seçsə də, ikinci dozada seçimini "Moderna”dan yana etmişdi.
Əzizə Zeynal
Sfera.az