No Image
No Image

Oxçuçayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur - RƏSMİ

Oxçuçayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur - RƏSMİ
"Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə Oxçuçayda nikel, dəmir və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb".

Sfera.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev Zəngilanda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür: "Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda məişət tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə, bu çaylarda nikelin miqdarı 7 dəfə, dəmirin 4 dəfə, mis-molibdenin isə 2 dəfə normadan artıq olub".

M.Nəbiyev deyib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb: "Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhvi aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb".
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Bir qəpiyi olmayan vətəndaşı nüvə silahı da qorxuda bilməz” – Deputatdan karantin qaydalarına etiraz

"Koronavirusun yaratdığı ölüm təhlükəsi məni də narahat edir. Amma vətəndaşlarımızın düşdüyü çarəsiz durum məni daha çox incidir”. Sfera.az xəbər verir...

İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi

  Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etd...

Vasif Talıbov nəvələrinə Bakıda kiçik toy etdi - FOTO

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nəvələrinə kiçik toy edib. Sfera.az xəbər verir ki, Ali Məclis sədrinin oğlu, Dövl...

Pensiyaların tam ödənəcəyi TARİX AÇIQLANDI

Respublika üzrə pensiyaların aprel ayının 15-i tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub. Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əha...

Toy, ad günü və kütləvi tədbirlərlə bağlı DİN-dən MÜHÜM AÇIQLAMA

Son günlərdə toy, ad günü və bu kimi digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı DİN–nin reydləri davam edir. Sfera.az Real TV-yə istinadən xəbər veri...

Hadı Rəcəblinin restoranında toy oldu, SAXLANILANLAR VAR

Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilə...