"Çox rahat şəkildə əclaflıq, haqsızlıq edirlər" - Nura Suri

"Bu həyatda dözə bilmədiyim yalnız haqsızlıqdır. Özümə qarşı o qədər haqsızlıq görmüşəm ki, artıq təəccüblənmirəm”.
 
Sfera.az bildirir ki, bunu müğənni Nura Suri deyib. O, özünə qarşı yalan, böhtan, şər , qeybət gördüyünü və bunun sayı-hesabı olmadığını deyib:  

"Çoxu da yaxşılığım keçən insanlar olub. Düşünmüşəm ki, həyat güzgüdür. Bir gün cavablarını alacaqlar. Baxıram ki, yox, elə rahat yaşamağa davam edirlər. Ətrafımda yaxşı insanlar da az deyil. Nə yaxşı ki, hələ onlar var”.

N.Suri həmçinin insanlardan bezdiyini qeyd edib. 

"Təbiətə, heyvanlara, insanlara qarşı çox rahat şəkildə əclaflıq, haqsızlıq edirlər. Hardadır bu dünyanın ədaləti? Çalışıram ki, heç kəsin dərdini ürəyimə salmayım, özüm üçün yaşayım, lakin alınmır. Hər şey get-gedə mənasını itirir. Hamı robotlaşır, elə mən də. Hissiyatsız, saxta insanların arasında özümüz də itirik. Bir çürük meyvəni başqa meyvələrin arasına qoysanız,  hamısı çürüməyə başlayır. İnsanlar da elədir. Necə qoruyaq özümüzü? Bilmirəm” , - deyə ifaçı əlavə edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...