Çox nüfuzlu şəxsdən uşaq dünyaya gətirən Rəqsanə -“Elə bilirdim ondan ayrılsam, dollar görməyəcəm“

Çox nüfuzlu şəxsdən uşaq dünyaya gətirən Rəqsanə -“Elə bilirdim ondan ayrılsam, dollar görməyəcəm“

Müğənni Rəqsanə İsmayılova kiçik qızı Yağmurun atası ilə bağlı maraqlı açıqlama verib.

Moderator.az xəbər verir ki, "ATV maqazin onlarla" verilişində R.İsmayılova bildirib ki, Yağmurun atası ilə ən çətin məqamlarında tanış olub:

"Bu günə qədər uşağımın atası haqqında heç vaxt danışmamışam. Yağmurun atasını elə bir vaxtda tanıdım ki, sadəcə ona ehtiyacım var idi. Onu sevməmişəm, ondan ötrü ölməmişəm. Sadəcə ona ehtiyacım var idi. Maddi vəziyyətim yaxşı deyildi. Deyim ki, məndən ötrü nələrsə edib, yox, yalan olar. O vaxtdı ilk müğənni idim ki, "Range Rover" sürürdüm. Birdən-birə dağın başından elə bil aşağı düşdüm. Həmin ərəfədə Yağmurun atası ilə tanış oldum. Hamilə qaldım və anam mənimlə dava etdi ki, bu uşağı dünyaya gətirsən hamı sənə nə gəldi deyəcək. Amma dedim ki, nə olur-olsun o uşağı dünyaya gətirəcəyəm. O insan həmişə Yağmurun yanında olub. Bu gün də o qızının arxasınca düşür, özünü öldürür, baxır ona. Amma mən istəmirəm. Hamı bilir artıq Yağmur kimin qızıdır. Onun qohumları, yaxınları, tanışı hamısı bilir. Amma mən demirəm, başımı ağrıtmağa ehtiyacım yoxdur. Şəkilləri də var qızımla. 2 il bundan əvvələ gəlirdi-gedirdi, qızını görürdü". 

Çox nüfuzlu şəxsdən risk edib uşaq dünyaya gətirən Rəqsanə bu addımından peşman olmadığını bildirib:

"2 il bundan öncə uşağına hər şey edirdi. Sonradan mən istəmədim. Onun da ailəsi var. Mən heç vaxt onun ailəsinin dağılmağını istəmərəm. Röya jurnalı açılmışdı. Həmin ərəfədə jurnalistlərdən biri Təranədən müsahibə almışdı. Təranə müsahibədə Yağmurun atası haqqında hər şeyi danışmışdı. Ona görə də o jurnal satılmadı "
 
]

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...