\"Çox keçmədən ÜST bunu etiraf edəcək\" - Tibb elmləri doktorundan İDDİA

\
"Çox keçməyəcək ki, ÜST Omikron ştamının daha qorxulu olmadığını etiraf edəcək”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O, ötən il Cənubi Afrikada tapılan "Beta” ştamı ilə bağlı vəziyyətin də oxşar olduğunu vurğulayıb:
 
"Britaniyalı genetik alim Fransya Ballu, Omikron ştamının QİÇS (AIDS, SPİD) səbəbindən immuniteti kəskin zəifləmiş insanların orqanizmində əmələ gəlməsinin elmi məntiqə istinad etdiyini təsdiq edib. Bu baxımdan, əsasında immun sistemin patoloji zəifliyi duran bu cür polimorf mutasiyaya uğramış COVİD-19-a,  yalnız Afrika - Saxara səhrasından cənubda yerləşən dövlətlərin, xüsusən Lekota, Botsvan kimi Cənubi Afrika ölkələrinin əhalisi məruz qala bilər. 

Buna səbəb, immun sistemi kəskin və geridönməz şəkildə zəifləmiş insanların, bir qayda olaraq, QİÇS-ə tutulmuş və zəruri effektiv müalicə almamış şəxslər olmasıdır. Çünki, QİÇS-ə yoluxmuş insanların üçdə iki hissəsi, yəni 67%-i bu ölkələrin payına düşür. Belə ki, bu ölkələrdə hər 7 yoluxandan 6 nəfəri gənclərdir. Yeni yoluxan insanların 63%-i isə gənc qadın və qızlardır. Məsələn, Lekotada yaşayanların 25%-i, Botsvanda 22%-i, CAR-da 19 faizi QİÇS xəstələridir. Omikronla ilkin yoluxanların gənclərin olması fikri də bizi qorxutmamalıdır”.

Mütəxəssis qeyd edib ki, hazırda QİÇS-in reytinqi aparılan 134 dövlətdən 88-ində QİÇS-ə yoluxma 1%-dən aşağı olduğuna görə, nə Omikron ştamı, nə də COVİD-19-un yeni yaranacaq ştamlarının Azərbaycan üçün heç bir qorxusu yoxdur:

"Azərbaycan və qardaş Türkiyədə QİÇS-ə yoluxma yalnız sıfrın üstü faiz nisbətində olduğundan, Omikron ştamının bizim üçün qorxusu yoxdur.  COVİD-19-un müalicəsinin ilkin şərti səbr, dözüm və inamdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR