Çox bahalıdır, amma, gündə 10 dənəsi bəs edir - Gözlərin ana dərmanı PÜSTƏ

Çox bahalıdır, amma, gündə 10 dənəsi bəs edir - Gözlərin ana dərmanı PÜSTƏ
Püstə suyundan istifadə qaydası...
 
Piştaxtalarda baha qiymətə satılan, bayramdan bayrama imkan daxilində süfrələrimizi bəzəyən püstənin bitib tükənməyən faydalarından xəbəriniz varmı?

TurpKimi.com püstə haqqında vacib olan məlumatları sizin üçün hazırlayıb.

Püstə B6 vitamini ilə çox zəngindir. Bununla o bütün orqanlarımızın funksiyalarını artırır. Şəkərdən qan azlığına kimi bir çox xəstəliyin dərmanı olan bu quru meyvə, arıqlamağa da kömək edir. Ana vətəni Türkiyə, İran və Türkmənistan olan püstə daha çox şirniyyat və dərmanların hazırlanmasında istifadə edilir. İsti havaları sevən püstə ağacının 4 növü var. Hər gün 10 ədəd püstə yeməklə orqanizmin yağa olan ehtiyacını ödəmiş olarsınız. Həmçinin bədənin ehtiyac duyduğu B1, fosfor, vitamin və protein əksikliyinin qarşını almaq üçün gündə 100 qram yeməkdə fayda var.

Püstə suyundan istifadə qaydası

Güclü E vitamini ilə zəngin olan püstənin qaynadılıb əldə edilən suyu dəri sağlamlığı üçün inanılmaz dərəcədə faydalıdır. Xüsusilə də çatlamış daban dərisindən əziyyət çəkən insanların ideal dərmanıdır. Ancaq bu resept təzə və qurudulmamış püstə üçün keçərlidir. Eyni zamanda, eqzema və göbələk kimi dəri xəstəliklərinin yaratdığı fəsadları tez bir zamanda aradan qaldırmağa kömək edir. Xəstə bölgəni yaxşılaşdırdığı kimi, ətrafındakı dərinin hüceyrə quruluşunu da qoruyur. Dırnaqların sağlam böyüməsini istəyənlər iki gündən bir püstə suyundan təbii dərman içkisi kimi istifadə edə bilərlər.

FAYDALARI

- Damarları genişləndirərək qanın bədəndə daha rahat dövr etməsini təmin edir, xolestrolun səviyyəsini aşağı salır və ürək xəstəliklərindən qoruyur. Tərkibindəki faydalı yağ sayəsində kökəlmənin qarşısını alır və enerji səviyyəsini artırır.

- Qandakı şəkərin miqdarını tarazlayır. Mütəxəssislər şəkər xəstəsi olanların çox rahat şəkildə püstə yeyə biləcəyini qeyd edir. İnsulinin səviyyəsini aşağı salan püstə təzyiqi də aşağı salmaqla iflic və yüksək təzyiq risklərini azaldır.

- Sellüloz tərkibi ilə düyü, buğda və kartofdan daha zəngindir. Qaynadıldığı zaman sellülozu üzə çıxan bu qarışım dəriyə çox faydalıdır. Dərinin üst qatını yeniləyir, E vitamini ilə zənginləşdirərək qocalmanın qarşısını alır.

- Yüksək enerji sayəsində beynin sağlamlığına müsbət təsir edir. B6 vitamini sinir sitemindəki hüceyrələri yeniləyir. Bu da beynin yaddaşını gücləndirir. Həmçinin  B6 vitamini immun sistemini də gücləndirir.

- Qabığındakı lif sayəsində mədənin selikli qişasını qoruyur və mədədə yaranan turşu mühitini tarazlayır, bağırsaqların florasını qoruyaraq həzmi rahatladır. Həzmsizlik və şişkinlik kimi sağlamlıq problemlərini həll edir.

- Tərkibindəki E, C və B vitaminləri böyrək və sidik kisəsində yaranan qumların asan tökülməsinə kömək edir.

- Püstəni qaynadıb suyunu içdikdə öskürəyi kəsir. Eyni zamanda, ağ ciyərdə siqaret və kafeindən qaynaqlanan iltihablanmanı yumşaldır.

- Orqanizmin ehtiyacı olan fosforun 60 fazini rahat şəkildə təmin edir. Gündə bir fincan qəbul etdikdə bədəndə fosforun səviyyəsini artırır.

- Yaş ötdükcə yarana biləcək göz xəstəliklərinin qarşısını almaq gücünə malikdir. Tərkibində olan lutein və zeaksantin maddələri gözün içindəki nəm mühiti artıraraq, kataraktanın yaranmasının qarşını alır və görmə qabiliyyətini artırır.

ZƏRƏRLƏRİ

- Püstəni çox yedikdə kökəlməyə səbəb olur.

- Tərkibində yağın miqdarı çox olduğu üçün qaraciyərin yağlanmasını artıraraq, dəri səthində civzələr yarada bilər.

- Xolestrolun səviyyəsini yüksəldə bilər.

- Tərkibindəki protein immun sistemindəki maddələrə qarşı mübarizə apararaq allergik reaksiyalara səbəb ola bilər.
 

 



OXŞAR XƏBƏRLƏR

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib" - MÜTDA direktoru

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...