Çovdarovun başına oyun açdığı iş adamı azadlıqda - Manaf onu belə qarşıladı - VİDEO

Çovdarovun başına oyun açdığı iş adamı azadlıqda - Manaf onu belə qarşıladı - VİDEO
 

"Real MTK"nın təsisçisi və rəhbəri İlham Qasımov azadlığa çıxıb.

Sfera.az  xəbər verir ki, tanınmış iş adamını müğənni dostu Manaf Ağayev qarşılayıb.

Qeyd edək ki, dələduzluqda, külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinən İ.Qasımov 2016-cı ilin 30 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə 15 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin martında Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən apellyasiya şikayəti üzrə prosesdə İlham Qasımovun məhkumluq cəzası 15 ildən 12 ilə endirilmişdi.

İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb. Çovdarov bir neçə dəfə onu nazirliyə apararaq həbslə hədələyib külli miqdarda pul alıb. Bu məbləğin miqdarı 250 min dollar civarında göstərilir. İ.Qasımov isə məşhur milyarder Gülağa Qəmbərovun (Tənha) şikayəti əsasında həbs edilib. İ.Qasımovun iş ortağı şair Tənhaya 19,5 milyon manat "atdığı" iddia edilirdi.

Bu da Manafın iş adamını azadlıqda qarşıladığı o an:


(milli.az)

OXŞAR XƏBƏRLƏR

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə ünvanına səslənən tənqidi fikirlərə cavab verib.   Sfera.az sozcu.az-a istinadla xəbər verir ki, video müraciə...

Nadir Qafarzadədən söyüş: Yaxşı eləmişəm... — VİDEO

Müğənni Nadir Qafarzadə növbəti dəfə açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, o, "professor da soyducusunu açsın, mən də, görək k...

“Day-dayım yoxdur, böyük məbləğdə yardımlar istəməyin” - Nura Suri

 "Bir məsələyə aydınlıq gətirmək istəyirəm: mən milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yox...

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA

 Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib "Miss Azərbaycan-2020” milli göz...

Məşhur cütlüyün ayrılma səbəbi bəlli oldu

 Türkiyəli sənətçilər Hande Erçel və Murat Dalkılıçın ayrılma səbəbi bəlli olub. Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar üç illik...

Azərbaycanlı müğənni nişanlandı - FOTOLAR

 Xanəndə Kamilə Nəbiyeva nişanlanıb. Sfera.az xəbər verir ki, sənətçinin nişan mərasimi ötən gün evində baş tutub. Nişandan şəkillərini izləyiciləri ...