Ovda cızılan çevriliş planı – Brejnev Xruşovu istefa ərizəsi yazmağa necə məcbur edib?

Ovda cızılan çevriliş planı – Brejnev Xruşovu istefa ərizəsi yazmağa necə məcbur edib?
Sfera.az SSRİ-yə 18 il rəhbərlik etmiş Leonid İliç Brejnevin ssenarisi ilə baş tutmuş saray çevrilişinin təfərrüatlarını təqdim edir. Beləliklə...
 
Leonid İliç Brejnevin vəzifə hərisliyi hələ gənc yaşlarından özünü biruzə verib. İstər komsomol və partiya orqanlarında işlədiyi vaxtlarda, istərsə də hərbi xidmət illərində gələcəyin baş katibi vəzifə ranqında bir pillə qalxmaq üçün, el dilində ifadə etsək özünü oda-közə atıb.
 
Bu da danılmaz faktdır ki, onun bu canfəşanlığı boşa getməyib. Düzdür, uzun illər yuxarı dairələrdə  Brejnev ciddi fiqur kimi qəbul edilməyib. Gülərüz siyasətçi adi məmur kimi tanınıb. Hətta Mərkəzi Komitədə işləyəndə onun birinci kürsüyə iddialı olduğunu da çoxları ağlına gətirməyib. Bu münasibətə baxmayaraq Leonid İliç  çox böyük ustalıqla öz hədəfinə çatmağa nail olub.


Məlum olduğu kimi, Nikita Xruşovun hakimiyyəti dövründə SSRİ-də kifayət qədər böyük narazılıqlar yaranıb, ölkənin bir neçə şəhərində vətəndaşlar öz narazılıqlarını ifadə etmək üçün nümayişlərə çıxıblar, mitinqlər təşkil ediblər. Xruşov da bu narazı kütlələri hüquq-mühafizə orqanlarının gücü ilə susdurub, hətta silahlı müdaxilələr də olub. Sözsüz ki, belə bir şəraitdə kürsüsü laxlayan Xruşovun yerinə göz dikənlər az olmayıb. Amma əsas məsələ əvvəlcə onu hakimiyyətdən uzaqlaşdırmaq məsələsi olub ki, bu işdə isə "mülayim” Brejnev hamıdan qoçaq tərpənib.

Bir az əvvələ qayıtsaq, hələ 1957-ci ildə Xruşovu devirməyə cəhd edilib. Amma Stalin komandasının öncülləri, Vyaçeslav Molotov, Lazar Kaqanoviç, Georgi Malenkovun bu cəhdi baş tutmayıb. Bu hadisənin üstündən cəmisi yeddi il keçdikdən sonra - 1964-cü ildə hakimiyyət çevrilişinə cəhd etmək isə sözsüz ki, əvvəlcədən böyük hazırlıq işlərinin getməsindən xəbər verib.

Beləliklə, 1964-cü ilin bu günü, oktyabrın 13-də heç bir qiyam baş vermədən, qan tökülmədən Nikita Xruşov hakimiyyətdən uzaqlaşdırılıb.

Saray çevrilişinin əsas ssenari müəllifi Brejnev olub və onun komandası Xruşovu devirməklə bağlı qəraraı Stavropolda ovda olarkən veriblər. Əvvəlcədən çevrilişdən sonra kimin hansı vəzifə tutacağı da müəyyənləşdirilib. Brejnev baş katib, Podqornı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, Kosıgin Nazirlər Sovetinin sədri, Mironov Dövlət Təhlükəsizliyi Komitəsinin sədri və s.


Ssenariyə uyğun olaraq 1964-cü ilin oktyabrın 12-də Brejnev məzniyyətini Pitsunda Mikoyanla birgə keçirən Xruşova zəng edərək təcili Moskvaya gəlməsini, Mərkəzi Komitədə kənd təssərrüfatı məsələləri ilə bağlı küçirilən müşavirədə onun iştirakının vacib olduğunu bildirib. Xruşov əvvəlcə müşavirənin vaxtının başqa tarixə salınmasını tələb etsə də, Brejnevin təkidindən sonra fikrindən daşınıb və oktyabrın 13-də Mikoyanla birgə Moskvaya qayıdıb. Hələ qarşıda onu nə gözlədiyini anlamayan Xruşov yalnız təyyarə hava limanına eniş edəndə məsələ ona aydın olub. Baş katibin qarşılanma və yolasalma tədbirlərində bütün rəhbər heyətin iştirak etdiyi halda, bu dəfə Xruşovu yalnız DTK sədri Vladimir Semiçastnı qarşılayıb. Baş katib əvvəlcə evə gedib sonra maşavirəyə gələcəyini söyləsə də, avtomobil karvanı Kremlə istiqamət alıb və sözsüz ki, Mərkəzi Komitənin müşavirəsində heç bir kənd təssərrüfatı mövzusu müzakirə olunmayıb.
 
Bir-birinin ardınca çıxış edən natiqlər Xruşovu sərt tənqid ediblər və baş katib vəzifəsindən getməsi üçün ondan "yaşı və səhhəti ilə bağlı” ərizə yazmağı tələb ediblər. Müzakirələr gecə yarıyadək uzanıb. Xruşov əvvəlcə təslim olmaq istəməyib. Onu yalnız Mikoyan müdafiə etməyə çalışıb. Sonda Xruşov istefası ilə barışmaq məcburiyyətində qalıb:

"Mən artıq qocalmışam və yorulmuşam. İndi də ölkəni qoy başqaları idarə etsin. Mən əsas işləri gördüm. Əgər Stalinin dövrü olsaydı, heç kim bu addımı ata bilməzdi. Çünki Stalinin elə bir reaksiyası olardı ki, hamı şalvarını batırardı. İndi başqa dövrdü, hamı bərabərdi. Elə mənim də ən böyük xidmətim budur...”


Səhərisi gün Mərkəzi Komitənin plenumu keçirilib.  Plenuma Brejnev sədrlik edib. Xruşovun "yaşı və səhhəti” ilə bağlı Mərkəzi Komitəyə yazılı müraciəti "müsbət” qəbul olunub. Bununla da Xruşovun 11 illik hakimiyyətinə son qoyulub və Brejnevin senarisi uğurla başa çatıb.

Baş katib seçilən Brejnev əvvəlcədən əldə olunan razılaşmaya görə vəzifə bölgüsünə riayət edib. Amma "mülayim” baş katibin təyinatları müvəqqəti olub.
Xruşovun devrilməsində Brejnevə dəstək verən əsas şəxslərdən və əsas təşkilatçılardan biri Mərkəzi Komitənin inzibati orqanlarla iş şöbəsinin müdiri Nikolay Mironov olub ki, onun çevrilişdən sonra DTK sədri vəzifəsinə təyin olunması razılaşdırılıb. Brejnevlə Mironov gənclik illərindən yaxın dost olublar və Mironov öz intellektinə, iş bacarığına görə Brejnevdən qat-qat üstün sayılıb. Saray çevrilişindən beş gün sonra Nikolay Mironov müəmmalı təyyarə qəzasında həlak olub.


Çevrilişin digər əsas təşkilatçılarından biri, DTK sədri Vladimir Semiçastnı öz vəzifəsində çox qala bilməyib. Brejenv onu Moskvadan uzaqlaşdıraraq 1967-ci ildə Ukrayna Nazirlər Sovetinə sədr müavini göndərib.

Saray çevrilişinin ən fəal icraçılarından biri Aleksandr Şelepini də Brejnev "dostluq” siyahısından çıxarıb. Mərkəzi Komitənin katibi olan Şelepin heş bir siyasi səlahiyyəti olmayan Həmkarlar İttifaqına sədr göndərilib.


Ukrayna klanının əsas dayaqlarından biri olan, saray çevrilişindən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində Mikoyanı əvəzləyən Podqornını siyasi elitadan uzaqlaşdırmaq Brejnev üçün çətin olsa da, baş katib onu da nəhayət, 1977-ci ildə sıradan çıxarıb və bu vəzifəyə də özü sahib olub.
Bu siyahını daha çox uzatmaq olar və sonda belə qənaətə gəlmək olar ki, Brejenev hakimiyyətə gəlməkdə ona dəstək verən bütün tərəfdarlarına xəyanət edib.

Maraqlıdır, Brejnevi bu xəyanətə vadar edən hansı səbəb olub?

Əvvəlcə qeyd edək ki, Brejnev baş katib seçiləndə çoxları onun hakimiyyətdə uzun müddət qalacağına inanmayıb. Bu cür söhbətlər Brejnevin də qulağına çatıb. Belə bir vəziyyətdə Leonid İliç fərqli bir siyasətə əl atıb. O, əvvəlcə Mərkəzi Komitənin nüfuzlu simalarının hesabına mövqelərini möhkəmlədib. Birinci kürsüdə yerini rahatladıqdan sonra isə onları aradan götürüb. Xəyanətin əsas səbəbi o olub ki, Brejenev ətrafındakılarının saray çevrilişi etməkdə böyük təcrübəyə malik olduqlarını yaxşı anlayıb və baş katib düşünüb ki, bu təcrübə nə vaxtsa onun da üzərində tətbiq edilə bilər. Bu siyasətlə də Leonid İliş ömrünün son gününə qədər, 18 il SSRİ-nin mütləq hakimi olub.
 
İlham Cəmiloğlu
Sfera.az  
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Beriyanın nasistləri tora salmaq üçün seçdiyi 100 fahişənin acı taleyi – Onlar niyə güllələnib?

Stalinin hakimiyyəti dövründə sonsuz səlahiyyətlərə malik olan Lavrenti Beriyanın təşəbbüslərinin əksəri Kreml məmurları tərəfindən birmənalı olaraq qəbul edi...

Meyiti ortadaykən baş katibin məxfi portfelini kim oğurlayıb? – Qorbaçov hakimiyyət olimpinə doğru...

Sfera.az SSRİ-nin ən qalmaqallı liderlərindən olan Mixail Qorbaçovun hakimiyyətə gəlişinin təfərrüatlarını təqdim edir.   1980-ci illərin əvvəllərində L...

“Qrup seks ittihamı, yəhudilərlə işbirliyi...” – Molotov arvadını Stalinin qəzəbindən niyə qoruya bilməyib?

Sfera.az Vyaçeslav Molotovun həyat yoldaşı, SSRİ-nin qadın naziri Polina Jemçujinanın kədərli həyat hekayəsini təqdim edir.  Sovet dövründə yü...

"Atışıb ona palto alaq, 30 ildir ki..." – Kremlin “boz kardinal”ının həyat hekayəsi

Sfera.az Kremlin "boz kardinal"ı adlandırılan Mixail Suslovun həyat hekayəsini təqdim edir.   Leonid İliç Brejnevin hakimiyyəti illərində SSRİ-də siy...

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və... – Stalin onu niyə qoruyurdu?

1940-cı illərin sonunda "Leninqrad işi” ilə bağlı 23 nəfər güllələnməyə, 241 nəfər vəzifəli şəxs isə azadlıqdan məhrumetmə cəzasına  məhkum ediləndə Lav...

Xruşov iclas zalına hamıdan tez gəlib, Malenkovun yerində oturub və... - Kremldə inanılmaz çevriliş

Sfera.az İosif Stalinin ölümündən sonra Kremldə başlayan intriqaların və Xruşovun hakimiyyətə gəlişinin detallarını təqdim edir.   SSRİ yarandığı günd...