Ova gedən Bərdə sakini özünü güllələdi

Ova gedən Bərdə sakini özünü güllələdi
 

Bərdə rayonunda ova gedən şəxs özünə xəsarət yetirib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Kənd sakini Şakir Əliyev özünə məxsus qanunsuz silahla ov edən zaman açılan atəş nəticəsində yaralanıb. Ş.Əliyev Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanalarının birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR